Məhkəmə qərarları › İş №3(5-124)-48/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-48/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-48/2026 03.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi və şikayət vermiş şəxs X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar qəbul edilmiş şəxs X4 məhkəməyə şikayət verərək, X11 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X11 Xidmətinin X2 rəisi Ayaz Rəhimov tərəfindən barəsində 13 noyabr 2025-ci il tarixli, MN № ******* saylı "inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Mübahisələndirilən qərar ona gec (xx.xx.2025) təqdim edilmişdir. Şikayət hüququndan istifadə etmək üçün dəfələrlə cəhd etsə də, aidiyyət məsələsindəki hüquqi anlaşılmazlıq səbəbindən yanlış məhkəməyə (İnzibati Məhkəməyə) müraciət etmişdir. Şikayət vermək iradəsi və israrı aşağıdakı məhkəmə müraciətləri ilə təsdiq olunur: 1-ci cəhd: "xxxx" MMC adından Gəncə İnzibati Məhkəməsinə müraciət edilmişdir. X12 icraatında olan e-2-1(114)- 6849/2025 saylı iş üzrə xx.xx.2026-cı il tarixli qərardadla iddia mümkün sayılmamış və işin ümumi məhkəməyə aid olduğu bildirilmişdir. 2-ci cəhd o fiziki şəxs olaraq təkrar Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. X13 icraatında olan e-2-1 (4-7)-209/2026 saylı iş üzrə (daxil olma tarixi xx.xx.2026) yekun məhkəmə aktı ilə iddia yenidən "mümkün sayılmadı" nəticəsi ilə yekunlaşmışdır. Hər iki halda Gəncə İnzibati Məhkəməsi iddianı ona görə mümkün saymamışdır ki, İnzibati Xətalar Məcəlləsi (cərimələr) üzrə mübahisələrə inzibati məhkəmələr deyil, ümumi yurisdiksiyalı rayon məhkəmələri baxmalıdır. Göründüyü kimi, hüququnu müdafiə etmək üçün ardıcıl addımlar atmışdır. Lakin, məhkəmə aidiyyətini səhv saldığı üçün vaxt itkisi yaranmışdır. İXM-nin 130-cu maddəsinə əsasən, vətəndaşın yanlış instansiyaya müraciət etməsi səbəbindən buraxdığı müddət üzrlü hesab edilməlidir. Bunu nəzərə alaraq şikayət müddətinin bərpa olunmasını xahiş edir. İş üzrə materiallar əvvəllər Göygöl Rayon Məhkəməsində araşdırılmışdır. Göygöl Rayon Məhkəməsi (hakim Leyla Hüseynzadə) xx.xx.2025-ci il tarixli (iş № 3(066)-515/2025) qərardadi ilə "İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətaya dair müvafiq sübutların tam təqdim edilmədiyini" təsdiq edərək materialları geri qaytarmışdır. Məhkəmənin "sübut yoxdur" dediyi bir halda DƏMX-in cərimə qərarı qüvvədə qala bilməz. Həmçinin şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X4 məhkəməyə vəsatət verərək bildirmişdir ki, ‘ARGUS SS" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə ittihamın cəmiyyətin X9 əmək müqaviləsi olmadan işə cəlb etməsi ilə bağlıdır. İttiham tamamilə əsassızdır və inzibatı xəta orqanı iki qanunu sahibkarlıq subyekti arasında yaranmış mülki-hüquqi mübahisəni səhvən inzibati xəta kimi tövsıf etmişdir. İşin həqiqi hallarını tam və obyektiv araşdırmaq uçün aşağıdakı sübutların işə əlavə edilməsini və iş üzrə icraata xitam verilməsim xahiş etmişdir. İXM-nin 112-ci maddəsinə əsasən, tərəflər arasında 'münasibətlərin əmək deyil, məhz mülki-hüquqi (xidmət) xarakterli olduğunu təsdiq edən aşağıdakı sübutların iş materiallarına əlavə edilməsini xahiş etmişdir. "xxxx" MMC (imzalanmamış) və X16 Şirinov (VÖEN **********) arasında danışıqlara aid "Xidmət Müqaviləsı"nin layihəsi, həmin müqaviləyə əlavə kimi hazırlanmış "Təhvil-Təslim Aktının (imzalanmamış) layihəsi, tərəflər arasında "WhatsApp" yazışmalarının skrınşotları. Bu yazışmalar iddialarının xronoloji sübutudur. Aşağıdakı səsli mesajları ehtiva edən USB yaddaş kartı: Audio 1 (xx.xx.2025): "...mən onu avans kimi vuraram, qaiməni kəsərsiz". (Münasibətin Sahibkar-Sahibkara xarakterini sübut edir). Audio 2 (xx.xx.2025): "Bağlayaq mövzu çıxsın getsin yəni". (24 Oktyabr ödənişinin əmək haqqı deyil, mübahisəni bitirmək uçün "barışıq" ödənişi olduğunu sübut edir). İcraata xitam verilməsi hissəsi İXM-nin 39.1.1ci maddəsinə (inzibatı xəta hadisəsinin və ya tərkibinin olmaması) əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna aşağıdakı təkzibedilməz faktlar əsas verir: münasibət İşçi-İşəgötürən deyil, B2B (Sahibkar-Sahibkar) olub, İXM-nin 192.1-ci maddəsi işçi və işəgötürən münasibətini tənzimləyir. Lakin, Rahib Şirinov iş axtaran fiziki şəxs deyil, öz VÖEN-i (**********) olan qanuni "Fərdi Sahibkar"dır. Onun özü 4 Avqust 2025-ci il yazışmasında bunu təsdiq edir. "Biz de vöeni aktiv eledik”. Niyyətləri əvvəldən rəsmi və qanuni xidmət müqaviləsi olmuşdur. Prokurorluğun iddia etdiyi "muqaviləsiz işlətmək" niyyətləri olmayıb. Əksinə 15 Avqust 2025-ci il tarixli yazışmada cəmiyyətin direktoru R.Şirinova açıq şəkildə bildirib:".. müqaviləsiz rəsmide heç bir ödəniş mümkün deyil" Bu, onların qanun çərçivəsində işləmək niyyətlərini sübut edir. Bütün danışıqlar Mülki-Hüquqi Terminologiya (EQ, Avans, Qaimə) üzərində qurulmuşdur. Onlar R.Şirinovdan heç vaxt "əmək kitabçası" və ya "sosial sığorta" tələb etməmişlər. Ondan bir sahibkar kimi 5 Sentyabr 2025-ci ildə "EQ ni kəssin" (Elektron Qaimə) tələb etmişlər. 11 sentyabr 2025-ci il tarixli səsli mesajda isə ödənişi "əmək haqqı" deyil, mülki müqavilə termini olan "avans" adlandırmış və qarşılığında "qaimə" istəmişlər. Müqavilənin bağlanmaması və 24 oktyabr ödənişinin əsl səbəbi fərdi sahibkar R.Şirinovun "sınaq işi" qeyri-peşəkar olduğu üçün "sifarişçi" kimi onunla hazırladıqları "Xidmət Müqaviləsi" layihəsini imzalamaqdan imtina etmişlər. Bu, normal mülki mübahisədir. R.Şirinov bu mülki mübahisəni məhkəmədə həll etmək əvəzinə, prokurorluğa şikayət edərək "təzyiq" yaratmışdır. 24 oktyabr 2025-ci ildə (bütün mübahisələrdən sonra) edilən ödəniş əmək haqqı deyil, bu səsli mesajda deyildiyi kimi, sadəcə olaraq "mövzunu bağlamaq" və bu mübahisəyə son qoymaq üçün ödənilən ''barışıq" (kompensasiya) məbləğidir. Yuxarıdakı xronoloji sübutlar birmənalı şəkildə təsdiq edir ki, “ARGUS S S." MMC-nin əməlində İXM-nin 192.1-cı maddəsinin tərkibi yoxdur. Ortada yalnız iki sahibkar arasında baş tutmayan mülki xidmət müqaviləsi və onun nəticəsində yaranan mülki mübahisə mövcuddur. Göstərilənlərə əsasən vəsatətin İ hissəsində göstərilən bütün sənədlərin, skrinşotların və səs fayllarının sübut kimi iş materiallarına əlavə edilməsi barədə qərar qəbul edilməsini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İnzibatı Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün İXM-in 39.1.1-ci maddəsinə əsasən, iş üzrə başlanmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs X4 bildirdi ki, X14 ilə xidmət müqaviləsi bağlamışlar. Onların fəaliyyəti binadaxili konfiqurasiya sistemlərinin quraşdırılması, montajı və mühəndis xitmətləridir. Rahib Şirininov onlarda layihə, mühəndislik və konsaltinq xidmətləri göstərilməliydi. Sifarişçi tərəfindən təqdim olunan layihələrin analizini, detallanmasını, layihə tapşırıqlarının və hesabatların çıxarılması. Onlar işə başlayarkən 16-17 nəfər işçiləri olmuş, hazırda isə 8 nəfər işçiləri var. Rahib Şirinov kənardan mühəndis olaraq onların verdiyi sənədləri və layihələri araşdırıb detallayıb lazım olan mülkü hesabatları və digər hesabatları onlara yönləndirməliydi. Onlar onlayn olaraq məlumatları yönləndirmişlər oda baxmışdır. Whatsapp yazışmalarında da qeyd edildiyi kimi onlar 1500 manata razılaşmışlar. Bildirmişlər ki, ödənişi rəsmi edəcəklər. X17 bildirmişdir ki, ona 4000 manat ödəniş etsinlər. Onlar demişlər ki, 1500 manata razılaşdıqları halda nəyə görə 4000 manat ödəməlidirlər. Gördüyü işləri gətirsin təhvil təslim aktı bağlasınlar, ödənişidə rəsmi qaydada etsinlər. Sonradan onun gördüyü işlər onları qane etmədiyi üçün Elşad Ələsgərovla müqavilə bağlamamışlar. Rahib Şirinov adına olan vöen aktiv olmadığından ona ödənilməli olan vəsaitin rəsmi qaydada həyata keçirilməsi mümkün olmamışdır. Rahib Şirinovla aralarında olan müqavilə əmək müqaviləsi yox, iki sahibkar arasında olan podrat müqaviləsi olmuşdur. Odur ki, şikayətinin təmin edilməsini və X11 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş orqan X11 Xidmətinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, şikayət ərizəsini və şikayətçinin izahatını, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X4 xx.xx.1978-ci ildə anadan olmuş və Azərbaycan Respublikasının vətandaşıdır. İşdə olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(066)-515/2025 nömrəli qərardadından (hakim Leyla Hüseynzadə) görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati iş materialının geri qaytarılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X2 rəisi X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 13 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İşdə olan "xxxx" MMC-nin direktoru tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli, 1123/01 nömrəli Xidmət Müqaviləsindən görünür ki, "xxxx" MMC ilə X14 arasında xidmət müqaviləsi bağlanmışdır. İşdə olan üzərində imza və möhür olmayan xx.xx.2025-ci il tarixli, 0905/01 nömrəli Xidmət Müqaviləsindən görünür ki, "xxxx" MMC ilə X14 arasında xidmət müqaviləsi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Watsap yazışmalarından görünür ki, "xxxx" MMC-nin rəhbəri X4 ilə X14 arasında xidmət müqaviləsinin bağlanılması və podrat işləri üzrə xidmətin göstərilməsi ilə bağlı yazışma aparılmaqla razılığa gəlinmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin izahatı və tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, "xxxx" MMC (sifarişçi) rəhbəri X4 ilə X14 (icraçı) arasında xidmət müqaviləsi (podrat) bağlanılmışdır. Həmin müqavilə əsasında "xxxx" MMC elektrik layihələrindəki material həcmlərinin çıxarılması, elektrik hesablamalarındakı düzəlişlər və konsaltinq xidmətini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada elektrik layihələrindəki material həcmlərinin çıxarılması, elektrik hesablamalarındakı düzəlişlər və konsaltinq xidmətini həyata keçirməyi öhdəsinə götürmüşdür. Daha sonra Rahib Şirinov xidmət haqqının verilməməsi ilə bağlı şikayət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Telman İsgəndərov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X11 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.2-ci maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. İXM-in 76.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 192.1.-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 1.-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 4.-cü maddəsinə görə, Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 6.-cı maddəsinə görə, aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə;c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. Göstərilən qanunvericilik normalarından və tərəflər arasında olan faktiki münasibətlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat başlanılaraq inzibati tənbeh edilmə barədə qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin direktoru X4 ilə X14 arasında olan padrat müqaviləsi əsasında X14 "xxxx" MMC-nin tapşırığı üzrə xidmət göstərmişdir. Məhkəmə hesab edir ki, X14 əsas iş yeri olaraq "xxxx" MMC-də işçi olaraq işləməmiş, qeyd edilən xidmətin göstərilməsi X10 "xxxx" MMC ilə aralarında olan padrat müqaviləsi əsasında verilmişdir. Belə olan halda isə X3 hərəkətlərində və tərəflər arasında yaranmış qeyd edilən münasibətlərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına uyğun qiymət verilə və bu münasibətə Azərbaycan Respublikasının Əmək Məcəlləsi tətbiq edilə bilməz. Bu halda isə X3 əməlində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaranmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halının təkzib edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və onun tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 rəisi X7 tərəfindən qəbul etmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar