Məhkəmə qərarları › İş №3(5-124)-49/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-49/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-49/2026 23.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X8 iclas katibliyi, 10 saylı X2 nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Göygöl Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət X11 yanında Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X1 daxil olmuş MN ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Göygöl rayonu, Ağdağ qəsəbəsində yerləşən fərdi yaşayış evində Şəxs tərəfindən xx.xx.2026-cı il tarixədək su təchizatı şəbəkəsinə diametri 15 mm olan plastik boru ilə qanunsuz qoşulma aşkar edilmişdir. Bu əsasla şəxsin barəsində AR İXM-nin 262.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. 10 saylı X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs çıxışında izahatına uyğun ifadə verərək inzibati pozuntunu etiraf etdi. İnzibati işin materiallarına əlavə edilmiş: 10 saylı X2 məsləhətçi müfəttişi X10 tərəfindən tərtib edilmiş MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs Göygöl rayonu, Ağdağ qəsəbəsində yerləşən fərdi yaşayış evində Şəxs tərəfindən xx.xx.2026-cı il tarixədək su təchizatı şəbəkəsinə diametri 15 mm olan plastik boru ilə qanunsuz qoşulma aşkar edilmişdir. Beləliklə, İXM-nin 262.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2026-cı il tarixli, 003 saylı sərəncamları əsasında Şəxs Göygöl rayonu, Ağdağ qəsəbəsində yerləşən fərdi yaşayış evində Şəxs tərəfindən xx.xx.2026-cı il tarixədək su təchizatı şəbəkəsinə diametri 15 mm olan plastik boru ilə qanunsuz qoşulma aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirib ki, Göygöl rayonu Ağdağ qəsəbəsində tikdirdiyi fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evin torpaq sahəsinin heç bir mülkiyyət sənədi yoxdur. Onun adına mülkiyyətdə deyil. Əvvəllər istifadə üçün su maşınları vasitəsi ilə pulunu ödəyərək su gətizdirib evində istifadə edirmiş. 2025-ci ilin yanvar ayının əvvəlində diametri 15 mm olan plastik boru vasitəsilə küçədən keçən su şəbəkəsindən yaşadığı evə su çəkib istifadə edirmiş. O, bunun qanunsuz olduğunu bilməmişdir. Əməlindən peşmandır, bir daha belə qanunsuz iş görməyəcək. Azərbaycan Respublikası Dövlət X11 X13 Xidməti Publik Hüquqi Şəxs Göygöl Rayon X7 İstismarı İdarəsinin Azərbaycan Respublikası Dövlət X11 yanında Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X3 ünvanlanmış 6 fevral 2026-cı il tarixli, 3-53-2-25/2- 41-2026 nömrəli cavab məktubunda qeyd edilir ki, 3-53-1-10/2-181/2026 nömrəli 6 fevral 2026-cı il tarixli məktublarında, Su qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyəti ilə bağlı Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X2 (bundan sonra - Bölmə) əməkdaşları tərəfindən aparılmış monitorinqlər zamanı Göygöl rayonunda qanunsuz qoşulma ilə bağlı müraciət olunmuşdur. Müraciətlərinə cavab olaraq bildirilir ki, Göygöl rayonu, Ağdağ qəsəbəsində yaşayan Şəxs diametri 15 mm olan plastik boru vasitəsilə su xəttinə qanunsuz qoşulduğu Sizin əməkdaşlar tərəfindən aşkar edilmişdir. Şəxs Göygöl X7 İstismarı idarəsində abonent kimi qeydiyyatda deyildir. Bildirirlər ki, “Sudan istifadə Qaydalarının alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4 nömrəli əlavəsinə əsasən əsasən 1 illik su sərfi 240 m3 təşkil edir. Göygöl X7 İstismarı idarəsinə dəymiş zərər isə müvafiq olaraq 144 manatdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, səmimi etirafını nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin aşağı həddində inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar