Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(5-124)-55/2026 18.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdim: Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxsnın barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2025-ci il tarixdə “MERCEDES BENZ V220 CDİ MİNİK” markalı, 90LV641 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə barəsində xx.xx.2025-ci il tarixli, EQ 26146132 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsinə əsasən 10 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. “Elektron məhkəmə” sistemində olan şəxsin barəsində məlumatlarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ağayev X1 rayonu, Kosalar Ərazi dairəsi, Kosalar kəndi ünvanında qeydiyyatdadır. Belə ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi hərəkətsizlikdə ifadə olunduğundan İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta fiziki şəxsin qeydiyyat ünvanında törədilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: Hüseynzadə Leyla
Məhkəmə qərarları › İş №3(5-124)-55/2026
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(5-124)-55/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver