Məhkəmə qərarları › İş №3(5-124)-56/2026

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(5-124)-56/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(5-124)-56/2026 17.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə və şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətinə baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, müəyyən etdim: X3 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin buraxılmasının üzürlü hesab edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik X2 tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində 18 yaşı tamam olduğu üçün Göygöl Rayon Hərbi Komissarlığı tərəfindən tibbi müayinədən keçmək məqsədilə çağırılmışdır. Lakin həmin dövrdə səhhəti ilə bağlı problemləri olması və eyni zamanda atasının işi ilə əlaqədar Bakı şəhərində olması səbəbindən çağırışda iştirak edə bilməmişdir. Çağırışda iştirak etməməyi qəsdən yayınma məqsədi daşımamış, ondan asılı olmayan obyektiv səbəblərlə əlaqədar baş vermişdir. Bakı şəhərindən qayıtdıqdan dərhal sonra Göygöl Rayon Hərbi Komissarlığına müraciət etmiş və hərbi komissarlıq tərəfindən tələb olunan bütün tibbi müayinələrdən tam şəkildə keçmişdir. Bu hal onun hərbi uçot və çağırış qaydalarına hörmətlə yanaşdığını və üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu açıq şəkildə göstərir. Buna baxmayaraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində imzibati cərimə tətbiq edilmişdir. Ailə vəziyyəti son dərəcə ağırdır. Ailəsi 4 nəfərdən ibarətdir (atası, anası, azyaşlı qardaşı və özü). Atası (X4) jurnalist peşə fəaliyyətinə görə həbs olunmuş və artıq 3 il 8 aydır azadlıqdan məhrum edilmişdir. Anası səhhətində ciddi problemlər olan qadındır və buna baxmayaraq ailəni dolandırmaq üçün atası həbs olunandan müxtəlif dövlət orqanlarına müraciət etməsinə baxmayaraq işlə təmin olunmamışdır. Hazırda ailədə heç kim işləmir və ailənin heç bir rəsmi gəliri yoxdur. Maddi vəziyyətləri olduqca ağırdır və tətbiq edilmiş 300 manat məbləğində cəriməni ödəmək imkanları yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən törədilmiş xətanın xarakteri və məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmalıdır. Onun vəziyyətində çağırışda iştirak etməməyinə səbəb olan obyektiv hallar, sonradan könüllü şəkildə, müraciət edərək bütün müayinələrdən keçməyi və ailəsinin ağır sosial vəziyyəti məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Göygöl şəhər Hərbi Komissarlığının haqqında tətbiq etdiyi 300 manat cərimə haqqında qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət vermək imkanı olmamışdır. Müddətin buraxılması onun iradəsindən asılı olmayan aşağıdakı üzürlü səbəblərlə bağlı olmuşdur. Qərar ona vaxtında təqdim edilməmişdir və qərarın surətini gec əldə etmişdir. Qərarın verilməsi barədə gec məlumatlandırılmışdır. Səhhəti ilə bağlı problem olmuş və tibbi müayinələrdə olmuşdur. Ailə vəziyyəti ilə bağlı ciddi səbəblər mövcud olmuşdur. Göygöl vayonkomatının 17 dekabr 2025-ci il tarixində haqqında təyin etdiyi cərimə qərarını Göygöl vayonkomatından 2026-cı ilin yanvar ayında əldə etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, X1 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətlə bağlı buraxılmış müddət bərpa edilməməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şikayət və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, X3 barəsində xx.xx.2025-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarın mövcudluğundan həmin ərəfələrdə məlumatı olmuşdur. Barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola xx.xx.2025-ci il tarixdə imza edərək protokolun surətini almışdır. Sikayətində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın onun tərəfindən 2026-cı ilin yanvar ayında əldə edilməsi göstərilsə də, bunu təsdiq edən hər hansı sübut iş materiallarında qeyd olunmamışdır. X3 tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti üzürlü səbəbdən ötürülməsini təsdiq edən sübut iş materiallarına əlavə etməmiş və əsaslandırılmamışdır. Bununla da müəyyən olunur ki, hazırkı iş üzrə şikayətçi X3 tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəblər olmadan buraxılmış, həmin səbəblərin üzrlü hesab edilməsi barədə hər hansı tutarlı və ya təkzibedilməz faktlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, X3 tərəfindən müddətin bərpasına dair verilmiş vəsatət rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1.-ci maddəsinin tələbinə görə, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2.-ci maddəsinə tələbinə görə, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3.-cü maddəsinə tələbinə görə, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati tənbeh verilmə haqda qərardan qanunla müəyyən edilmiş müddət ötürülməklə şikayət verilmiş və ötürülmüş müddətin bərpası barədə vəsatət rədd edilmişdir. Şikayət vermə müddəti bərpa edilmədən verilmiş şikayətə baxılması qeyri mümkündür. Odur ki, X1 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətlə bağlı buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106-111, 126, 128-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldım: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi, polkovnik X2 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair X3 tərəfindən verilmiş vəsatət rədd edilsin və şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: Rəşad Mustafayev İş № 3(5-124)-56/2026 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2026-cı il tarixdə Göygöl şəhərində Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə və şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətinə baxılmağa hazırlanması zamanı, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 14:30-da başladım. İnzibati xəta haqqında materialı araşdırarkən müəyyən etdim ki, X1 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətlə bağlı buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə şikayətçi X3 tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, həmin səbəblərin üzrlü hesab edilməsi barədə hər hansı tutarlı və ya təkzibedilməz faktlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, şikayət və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, X3 barəsində xx.xx.2025-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarın mövcudluğundan həmin ərəfələrdən məlumatı olmuşdur. Barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola xx.xx.2025-ci il tarixdə imza edərək protokolun surətini almışdır. Sikayətində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın onun tərəfindən 2026-cı ilin yanvar ayında əldə edilməsi göstərilsə də, bunu təsdiq edən hər hansı sübut iş materiallarında qeyd olunmamışdır. Ona görə də X1 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətlə bağlı buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması haqqında qərardad qəbul etdim. Prosessual hərəkəti saat 14:45-də qurtardım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar