Məhkəmə qərarları › İş №3(5-124)-57/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-57/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-57/2026 02.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Göygöl rayonu, Zurnabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Kəlbəcər rayonu, Qamışlı kəndində qeydiyyatda olan və Göygöl rayonu Zurnabad kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 bildirdi ki, borclu Şəxs barəsində tərtib olunmuş protokol üzrə borc bugünki tarixdə tam şəkildə ödənildiyindən, borclu barəsində qərar məhkəmənin mülahizəsinə buraxırıq. Əlavə olaraq bildirdi ki, protokol tərtib edildikdən sonra borclu borcunu tam şəkildə ödəmişdir. Odur ki, inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta ilə bağlı özünü təqsirli bilərək bildirdi ki, hazırda borcunu tam şəkildə ödəmişdir. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, hazırda iş üzrə borclu Şəxs ona olan aliment borcunu tam şəkildə ödəmişdir. Odur ki, məhkəmədən borclunun barəsində olan hazırkı inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 728/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 12 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(040)-201/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment müəyyən edilməsi qət edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 8(040)-30/2025 nömrəli qərardadı ilə 12 iyul 2014-cü il təvəllüdlü X1 üçün Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-728/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,54 (sıfır əlli dörd) misli həddində indeksasiya edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Məhkəmə işə baxılarkən icra sənədi üzrə borclu tələbkara olan aliment borcunu tam şəkildə ödədiyindən tələbkar inzibati işə xitam verilməsini xahiş etmişdir. İşdə olan tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, borclu Şəxs ona olan aliment borcunu tam şəkildə ödəmişdir. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Odur ki, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi, məhkəmədə inzibati işə baxıb qərar qəbul edənədək borclu icra sənədi üzrə borcunu tam şəkildə ödəmiş və hazırda tələbkara borcu qalmamışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati məsuliyyətdən azad edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar