Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-61/2026 18.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Kəlbəcər rayonu, Qanlıkənd kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında protokolu müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, cavabdeh onun iştirakı olmadan torpaq sahəsinə dair iddia qaldırmış və iddiası təmin edilmişdir. Özü burda olmadığına görə qardaşı apellyasiya məhkəməsinə vermiş və apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə ilə razılaşmadığını bildirir. İcra işi barədə rayon ərazisində olmadığından məlumatlı olmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, məhkəmə qətnaməsi qəbul ediləndən sonra Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alıb. 10 il torpağından məhrum olduğuna görə hakim tərəfindən iş araşdırılaraq 6557.57 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edib. Borcun ödənilməsini tələb edir. İş materiallarında olan: Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-452/2025 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5676 (beş min altı yüz yetmiş altı) manat maddi zərər, 500 (beş yüz) manat mənəvi zərər, 81.76 (səksən bir manat yetmiş altı qəpik) manat dövlət rüsumu və 300 (üç yüz) manat qiymətləndirmə xidmət xərci olmaqla, ümumilikdə 6557,76 (altı min beş yüz əlli yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İşdə olan Göygöl Rayon İcra və Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 452/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2025-ci il tarixli bildirişə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-452/2025 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunur. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli Göygöl rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş protokolda borclu Şəxs İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta törətdiyini, bu günkü tarixdə borclunun 6557,76 manat borcu olduğu, borcunu tam şəkildə ödəyə bilmədiyini, bugünkü tarixə ödəniş edə bilməyəcəyini bildirdi. Borclu Şəxs Göygöl rayon İcra və Probasiya şöbəsinə verdiyi yazılı izahatında qeyd olunur ki, borcundan xəbərdar deyil. Məhkəmə qərarından razı deyil. Heç bir ödəniş etməyib. Adına hər hansı daşınar və daşınaz əmlak yoxdur. “Borclunun axtarışı haqqında” xx.xx.2026-cı il tarixli qərara əsasən borclu 1976-11- 02-ci il təvəllüdlü ünvan 1 kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin hallarından məlum olur ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-452/2025 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5676 (beş min altı yüz yetmiş altı) manat maddi zərər, 500 (beş yüz) manat mənəvi zərər, 81.76 (səksən bir manat yetmiş altı qəpik) manat dövlət rüsumu və 300 (üç yüz) manat qiymətləndirmə xidmət xərci olmaqla, ümumilikdə 6557,76 (altı min beş yüz əlli yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Borclu qətnamə ürə icra işi ilə bağlı məlumatlı olmamışdır. Bundan sonra Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxsnun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və əlavə sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesi gedişində yaranmış borcu ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Maddənin tövsifinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki halda barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin hərəkətlərində məhkəmə qətnaməsinin icrasına qarşı hər hansı qərəzli hərəkət olmamış, icra işindən məlumatlı olmadığını bildirmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs icra məmurunun bildirişlərindən xəbəri olmamışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişi xx.xx.2026-cı il tarixdə imzalayıb qəbul etdiyi görünür. Hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(5-124)-61/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-61/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver