Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-66/2026 24.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Lənkaran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yeni Ramana qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, vətandaş Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Hətda ictimai yerdə uca səslə nəlayiq sözlər işlətmiş, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə Göygöl RPŞ-nin əməkdaşları Şahid və Eltun Hümbətov rayon ərazisində xidmətdə olarkən, adı onlara sonradan məlum olan Şəxs küçədə telefonla danışarkən nalayiq ifadələr işlətmiş, bununla bağlı qeyd olunan polis əməkdaşları ona yaxınlaşaraq onu nizam intizama dəvət etmişlər və küçənin ictimai yer olmasını və nəlayiq ifadələr işlətməməsini bildirmişlər. Həmin vaxt Şəxs qeyd olunan polis əməkdaşları ilə bir qədər mübahisə etmişdir. Bu səbədən polis əməkdaşları Şəxs Göygöl RPŞ-nə gətirmişlər, bundan sonra xx.xx.2026-cı il tarixdə onun tərəfindən raport əsasında tutuma protokolu tərtib edilmiş və xx.xx.2026-cı il tarixdə polisin qanuni tələblərinə tabe olmaması və ictimai yer hesab edilən yerdə nəlayiq ifadələr işlətdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, baxılması üçün Göygöl Rayon Məhkəməsinə gətirilmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs qeyd olunan inzibati xətaları Göygöl şəhəri, H.Əliyev prospektində etmişdir. Məhkəmədən maddələrin sanksiyasında nəzərdə tutulan ən yüksək cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, O Göygöl şəhərində ev ustası işləyir. Bir nəfər borcluya zəng etmiş və ictimai yerdə bilmədən səsini qaldırmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış, həmin vaxt polis əməkdaşlarını əsəbi olmasını və ondan əl çəkmələrini bildirmişdir. Əlavə olaraq bildirdi ki, telefonda danışdığı adama söyünc söymüşdür. Bu hadisə Göygöl şəhəri, H.Əliyev prospektində baş vermişdir. Həmin vaxt içkili olmamışdır. Telefonda danışdığı adamın ona borcu olmuş, onun ehtiyacı olsa da verməməsi səbəbindən ona söymüşdür. Polis əməkdaşları ona yaxınlaşdıqda ondan əl çəkmələrini və telefonla danışmasını ona aman vermələrini bildirmişdir. Telefonla danışan zaman söyünc edərkən ola bilər ki səsi ucadan çıxmışdır. Onu polis şöbəsinə polislərin özləri aparmışdır. O polislərə getməsinə etiraz etmiş və bağışlamalarını istəmişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt özünü təqdim edib ondan söynüc söyməməsini istəmiş, 5 dəqiqə gözləmələrini və ondan əl çəkmələrini demiş, lakin daha sonra o üzürxahlıq etmişdir. Bir nəfərin yanında işləmiş və həmin şəxs pulunu verməmişdir. Qeyd etdyi borcda ondan yaranmışdır. Məhkəmə iclasında ifadə verən şahid düzgün danışır və hadisə onun danışdığı kimi olmuşdur. Şahidin ifadəsində yalan yoxdur. Onun maiddi cəhətdən sıxıntıları vardır və cərimə ödəməyə hazırda imkanı olmadığından məcburdur ki onun barəsində həbs seçilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş c X6 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə axşam saatlarında Göygöl rayon ərazisində xidmətdə olarkən, vətnadaş Şövqi adlı şəxs ictimai yerdə telefonla uca səslə danışan zaman onların diqqətini çəkmiş, ona nəzər saldıqda həmin şəxsin ucadan nalayiq ifadələr işlətməsini və kimisə təhqir etməsini görərək ona yaxınlaşaraq özlərini təqdim edərək ictimai yer olmasını və gəlib-gedənlərin olmasını, onun ucadan qışqıra-qışqıra danışmasını və söyünc söyməsinin yaxşı bir şey olmamasını bildirib onu nizam intizama dəvət etmişlər. Həmin vaxt vətandaş onlara məhəl qoymadan öz hərəkətlərinə davam etmişdir. Şövqi həmin vaxt əsəbi olmuş və telefonda danışdığı adama əsəbləşmişdir. Onların tələblərinə əhəmiyyət vermədiyindən vətandaşı Göygöl RPŞ-nə gətirmişlər. Əlavə olaraq bildirdi ki, onlar Şövqini dəvət etsələr də o öz xoşu ilə gəlməmiş və onlar onu məcbur götürüb gətirmişlər. Şövqi öz xoşu ilə gəlməmiş və onu məcbur gətirmişlər. Hadisə 15-20 dəqiqə davam etmişdir. Hadisə H.Əliyev prospektində kəsişmədə baş vermişdir. Həmin vaxt Şəxs tək olmuş və telefonla danışmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 21:50-də Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahid ifadəsi və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamaqla öz hərəkətlərini davam etdirərək İXM-nin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin maddi durumunda sıxıntılarının olmasını və cərimə ödəməyə imkanının olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli Şəxs tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2026-cı il tarixdən, saat 21:50-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon X5 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(5-124)-66/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-66/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver