Məhkəmə qərarları › İş №3(5-124)-70/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-70/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-70/2026 18.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu, Zağalı ərazi dairəsi, Xoşbulaq kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında borclu ilə tələbkarın razılığa gəldiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, hazırda 1000 manat verir, ayda 500 manat verir. Tələbkarla razılaşdı. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs çıxış edərək bildirdi ki, borclu ilə razılığa gəlib, aylıq 500 manat borcundan ödəniş edəcək. İş materiallarında olan: Daşkəsən rayon Notariat Kontoru 8İ-976 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 13825 manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən icra sənədi üzrə icraata başlanmışdır. “Tələbin könüllük icrası haqqında” xx.xx.2025-ci il tarixli bildirişdə Şəxs icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli Göygöl rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, Daşkəsən rayon Notariat Kontoru 8İ-976 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 13825 manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Lakin Şəxs borcunu ödəməyərək İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hal-hazırda borc 12825 manat təşkil edir. Ay sonunadək 2500 manat ödəniş edəcəyini. Daha sonra isə hissə-hissə ödəyəcəyini bildirib. Borclu Şəxs Göygöl rayon İcra və Probasiya şöbəsində verdiyi yazılı izahatında qeyd olunur ki, icra işindən xəbərdardır, borcundan 1000 manat ödəniş edib, tələb eyni zamanda əmək haqqına yönəlibdir. O, icra sənədinin icrasından yayınmır həftə sonuna kimi 2000-2500 manat ödəniş edəcək. Vaxt verilməsini xahiş edir. Həftə sonuna kimi 2000- 2500 manat ödəniş edəcək, qalıq borcu isə hər ay 500 manat olmaqla ödəyəcək. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin hallarından məlum olur ki, Daşkəsən rayon Notariat Kontoru 8İ-976 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 13825 manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Bundan sonra Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə prosesi gedişində yaranmış borcu tam şəkildə ödəyə bilmədiyini, ancaq ay sonunadək 2500 manat digər aylarda isə hissə-hissə ödəyəcəyini bildirmişdir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Maddənin tövsifinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki halda barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin hərəkətlərində məhkəmə qətnaməsinin icrasına qarşı hər hansı qərəzli hərəkət olmamış, borcunu ödəyəcəyinə söz vermiş, tələbkar bununla razılaşmışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs icra məmurunun bildirişlərindən xəbərdardır. Borcundan yayınmır. 1000 manat ödəniş edib. Digər borcunu da hissə-hissə ödəyəcəyinə söz verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar