Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-71/2026 25.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, Göygöl RPŞ-nin nümayəndəsi Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2026-cı il tarixdə Göygöl şəhər mərkəzində Zərərçəkmiş şəxs yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Bununla da onun tərəfindən İXM-in 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl RPŞ-nin nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışdıqlarını və şikayəti olmadığını bildirdi. İşə əlavə edilmiş X2 Göygöl rayon Polis şöbəsinə verdiyi izahatında göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə təxminən saat 13:00 radələrində Göygöl rayon H.Əliyev prospektində yerləşən avtomobil servisinə Zərərçəkmiş şəxsla görüşüb pul borcunu götürmək məqsədilə gedib. Bu zaman onların arasında söz mübahisəsi yaranıb. O, həmin şəxsin boğaz nahiyəsindən tutduqda əli ilə yumruq zərbəsi atıb. O, gözaltı nahiyəsindən xəsarət aldıqda həmin şəxsə özündən asılı olmayaraq əli ilə zərbə vurub. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 fevral 2026-cı il tarixli qərarda göstərilmişdir ki, X5 və Şəxs əməllərində cinayət tərkibi olmadığından barələrində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs tərəfindən verilmiş ərizədə qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs ilə mübahisə edib. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu əli ilə vuraraq döymüşdür. Daha sonra barışıblar. Heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 33 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət sağ əlin qançırı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokollaşdırılmışdır. X1 tərəfindən məhkəmə iclasında ərizə təqdim edilərək Şəxs ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş, işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın tərəfindən verilmiş ərizədən görünür ki, əməlindən peşmandır, X1 ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Оnа görə də, məhkəmə hesаb edir ki, zərərçəkmiş şəxs X5 inzibаti xətаnı törədən şəxs ilə bаrışdıqlаrındаn Şəxs bаrəsində İXM-in 157-ci mаddəsi ilə bаşlаnmış inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edilməli, qəbul edilmiş qərаrın surəti tərəflərə göndərilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İXM-in 30-34, 53, 106-115 və 157-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(5-124)-71/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-71/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver