Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-79/2026 16.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş EQ 32113959 nömrəli 20 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(066)-478/2025 nömrəli qərarına əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(066)-478/2025 nömrəli qərarına əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib 06 müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına dair Göygöl rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 3(066)-478/2025 saylı qərarına xitam verilmişdir. X2 onun inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 20 noyabr 2025-ci il tarixli EQ 32113959 nömrəli protokolunun etibarsız hesab edilməsi və onun əsasında çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, Yol hərəkəti haqqında Qanunu yaxşı bilən və əməl edən vətəndaşdır. xx.xx.2025-ci il tarixdə saat 13:17-də Bakı Qazax yolunun 36.1 km saat 11:09-da VAZ 21074 minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qarşı tərəfdən gələn avtomobilə yol vermişdir. Lakin sonradan gələn nəqliyyat vasitəsi tormozlama etmədiyindən yol nəqliyyat hadisəsi baş vermişdi. Buna görə BDYPİ ona əsassız olaraq protokol yazmış və 400 manat cərimə yazmışdırlar. O, saxlanmağının səbəbini soruşanda yolayrıcı keçmə qaydalarını pozduğu üçün cərimə olunduğunu bildiriblər. O, etiraz edərək yol nəqliyyat hadisəsinin baş verməsində qarşı tərəfdən gələn maşının günahı olduğunu bildirib. Yol polis əməkdaşları onun etirazını qəbul etməyərək protokol tərtib ediblər. Aşağıdakı səbəblərdən dolayı protokol əsassızdır və onun əsasında çıxarılmış qərar ləğv olunmalıdır. 1.Dairəvi yolu keçərkən qarşı tərəfdən gələn minik avtomobilinə yol vermişdir.Lakin soldan gələn nəqliyyat vasitəsi tormozlama etmədiyindən yol nəqliyyat hadisəsi baş vermişdir. 2.Tərtib olunmuş protokolla razılaşmadığından yerində qərar qəbul edilməmiş və protokola nə zaman baxılacağı barədə məlumat protokolda yazılmamışdır. Bu da onun barəsində tərtib olunmuş protokola baxılarkən iştirakına süni maneçilik olmaqla hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunub qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cəriməni ödəməyə maddi imkanı çatmır. Arvadını Göygöl Rayon Xəstəxanasına gətirib, şəxsiyyət vəsiqəsini unutduğu üçün geri qayıdan zaman cərimə olunub. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, EQ 32113959 nömrəli 20 noyabr 2025-ci il tarixli qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Şikayətə əlavə edilmiş EQ 32113959 nömrəli 20 noyabr 2025-ci il tarixli qərarın surətindən məlum olur ki, qərara əsasən Bakı-Qazax yolunun 361 km-də xx.xx.2025-ci il tarixdə saat 13:17-də VAZ 21074 markalı 20CZ939 dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat inzibati cərimə edilmişdir. Qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə qırx manat məbləğində cərimə edilir. 332.3-cü maddəyə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən İXMnin 332.3-cü maddəsi ilə inzibati xəta tərkibi yaradan hal Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(066)-478/2025 nömrəli qərarı ilə aradan qaldırılmışdır. Belə ki, Xaləddin İmamquliyevin sürücülük hüququnu məhdudlaşdıran Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(066)-478/2025 nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələri ilə qəbul edilmiş EQ 32113959 nömrəli 20 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(5-124)-79/2026
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-79/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver