Məhkəmə qərarları › İş №3(5-124)-91/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-91/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-91/2026 04.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon polis şöbəsinin nümayəndəsi Nümayəndə Tarıyel oğlunun, zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Mingəçevir şəhərinə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Atatürk prospektində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Göygöl Rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün xx.xx.2026-cı il tarixdə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Göygöl Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Urfan Babayev tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə X4 məxsus 481 manat pulu oğurlamışdır. Məhkəmə iclasında iştirak edəın Göygöl RPŞ-nin nümayəndəsi Nümayəndə Tarıyel oğlu çıxışında protokolun dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şəxsin əməlində İXM-nin 524-cü maddəsinin tərkibi olmuş, icraat ayrılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, pulu o götürməyib. Götürmüş olsaydı bir də o əraziyə çıxmazdı. İki övladı var, hər ikisi də körpələr evindədir. Barəsində əvvəllər də cinayət işi olub. Məhkəmə iclasında izahat verən zərərçəkmiş Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu bildirmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 25 fevral 2026-cı il tarixli qərardada əsasən xx.xx.2026-cı il tarixdə axşam saat 18 radələrində Daşkəsən rayonu Bayan kəndində yaşayan X3 özünə məxsus Qazel markalı, **-BH-*** d. q . n avtomobil ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən həmin yolun kənarında dayanmış Gəncə şəhəri Atatürk pr-237, ev 3, mənzil 9-da qeydiyyatda olan Şəxs avtomobilinə götürmüş və sonuncu ilə Bakı-Qazax yolunun Göygöl rayon ərazisindən keçən hissəsində avtomobildə cinsi əlaqədə olarkən Şəxs N.Quluyevin şalvarından ayaqaltına düşmüş 481 manat pulu oğurlaması faktı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 99 və 102-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 12 fevral 2026-cı il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti Göygöl rayon Polis şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə X4 məxsus 481 manat pulu oğurlamışdır. İnzibati xətanı törədən şəxs qaçıb gizləndikdə həyata keçiriləcək tədbirlər haqqında xx.xx.2026-cı il tarixdə plan tərtib olunmuşdur. Planda göstərilmişdir: 1. İnzibati xəta törətmiş Şəxs ailə üzvləri, qohumları, qonşuları və digər yaxınlarından məlumatların toplanılmasını təmin etmək. 2. İnzibati xəta törətmiş Şəxs əlaqədə olduğu şəxsləri və getdiyi yerləri müəyyən etmək. 3. İnzibati xəta törətmiş Şəxs daimi yaşadığı evin profilaktik nəzarətdə saxlanılmasını təmin etmək. 4. İnzibati xəta törətmiş Şəxs gizləndiyi ehtimal olunduğu ünvanların yoxlanılmasını təmin etmək. 5. Mənzil istismar sahələrindən, inzibati ərazi dairə vahidliyi üzrə icra nümayəndəliklərindən, bələdiyyələrdən, inzibati xəta törətmiş Şəxs getdiyi kafe, çayxana və digər ictimai iaşə obyektlərindən maraq doğuran məlumatları əldə etmək 6. İnzibati xəta törətmiş Şəxs ilə bağlı inanılmış şəxslərə müvafiq tapşırıqlar vermək. 7. İctimai Şura, X6 üzvlərinin və ictimaiyyətin nümayəndələrinin imkanlarından istifadə etmək. 8. İnzibati xəta törətmiş Şəxs ilə bağlı inanılmış şəxslərə müvafiq tapşırıqlar vermək. 9 İnzibati xəta törətmiş Şəxs yerinin müəyyən edilməsi ilə bağlı digər zəruri tədbirlərin görülməsini təmin etmək. 10. Görülən tədbirlərin nəticələrini müvafiq qaydada sənədləşdirmək. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə axşam saat 18 radələrində Daşkəsən rayonu Bayan kəndində yaşayan X3 özünə məxsus Qazel markalı, **-BH-*** d. q . n avtomobil ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən həmin yolun kənarında dayanmış Gəncə şəhəri Atatürk pr-237, ev 3, mənzil 9-da qeydiyyatda olan Şəxs avtomobilinə götürmüş və sonuncu ilə Bakı-Qazax yolunun Göygöl rayon ərazisindən keçən hissəsində avtomobildə cinsi əlaqədə olarkən Şəxs N.Quluyevin şalvarından ayaqaltına düşmüş 481 manat pulu oğurlamışdır. Şəxsnun özgəsinin əmlakını talamağa cəhd etməsi və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidlərin izahatı, barəsində tərtib edilmiş protokol və inzibati xəta haqqında iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hal olaraq azyaşlı uşağının olması müəyyən edilmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və vurulmuş ziyanın miqdarını nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsində qeyd olunur ki, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Qeyd olunan normanın tələbinə uyğun olaraq Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası onun yaşadığı yer üzrə Gəncə şəhəri probasiya idarəsinə həvalə edilsin. Üzərinə elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar