Məhkəmə qərarları › İş №3(5-124)-99/2026

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(5-124)-99/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(5-124)-99/2026 10.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Göygöl rayonu, Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixində Göygöl rayonu, S.Hacıyev küçəsində uca səslə nalayiq ifadələr işlədib və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə polis əməkdaşı X6 Zərgərlə xidmətdə olarkən Gögöl şəhəri S.Hacıyev küçəsində vətandaş Şəxs evin qarşısında ünvansız nalayiq ifadələr işlətməsini görmüşlər, bundan sonra ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra şəxsdən hərəkətlərinə son qoymasını istəsələr də, Şəxs hərəkətlərinə davam etmiş, daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etsələr də Şəxs könüllü gəlməkdən imtina etmiş, bundan sonra polis əməkdaşları onu məcbur sürətdə polis şöbəsinə gətirmişlər və bu səbəbdən şəxsin barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, şəxs sərxoşluq müayinəsindən keçirilməmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2026-cı il tarixdə şəhərə getmiş, orada bir nəfər xanıma yaxınlaşmış, bundan sonra həmin xanımla Göygöl şəhərində “Karusel” kafe adlanan yerdə oturub içmişlər, daha sonra saat 23-24 radələrində evə gəlmək istəmiş, həmin xanımın getməyə yeri olmadığından ona gəlib onlarda digər evdə qalmasını demiş, evə gəldikdən sonra sərxoş olduğundan atası ilə dalaşmış, lakin heç nə yadında deyil. Evdə dava olduqdan sonra səhəri gün əmisioğlugilin həyətinə gəlmiş, həmin vaxt polislər ona yaxınlaşmış və hadisə polisin deyildiyi kimi olmuşdur. Əlavə olaraq bildirdi ki, həyətlərində iki evləri var. Həmin xanımı öz yaşadıqları həyətə gətirmişdir. Xanımı qıraqdan tanımışdır. Telefonla danışan zaman nalayiq ifadələr işlətmişdir. Telefonda kiminlə danışması sərxoş olması səbəbindən tam yadında deyil. Evdə sərxoş olduğuna görə atası ilə dalaşmışdır. İki ədəd 0.750 araq içmişlər. Çox sərxoş olmuş, atasını vurub-vurmaması yadında deyil. O, qıza hədiyyə almış, qız isə ona qonaqlıq vermişdir. Hədiyəni atasının pulu ilə almışdır. Polislər onu səhəri gün o telefonla qışqıra-qışqıra danışan zaman görmüşlər. Sərxoş və əsəbi olduğu üçün qışqıra-qışqıra telefonla danışmışdır. Səhər oyandıqda marketdən pivə alaraq yenidən içmiş və təkrar sərxoş olmuşdur. Polislər ona yaxınlaşıb sakit olmasını demişlər, o isə polislərə narahat olmamalarını getmələrini demiş, polislər onu şöbəyə çağırsalar da o getməmiş və polislər onu qolundan tutub məcbur aparmışdır. Əvvəllər də evə qız gətirmişdir. Atası ilə axşam dalaşmış, lakin sərxoş olduğundan atasını vurmasını xatırlamır. Əməlindən peşimandır. Boynundakı və üzündəki izlər atası ilə mübahisə zamanı olmuşdur. Məhkəmə iclasında ifadə vermiş şahidlər düzgün danışır və onların ifadələri ilə razılaşır. Törətdiyi əməldən peşimandır. Məhkəmədən cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə Fizuli Mehtiyevlə xidmətdə olan zaman S.Hacıyev küçəsində Gündüz adlı şəxsin küçədə evin qarşısında ünvansız nalayiq ifadələr işlətməsini görmüşlər, ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra Gündüz adlı şəxsdən bu hərəkətlərinə soy qoymasını istəsələrdə, Gündüz adlı şəxs evdə problemi olmasını və bu səbəbdən belə ifadələr işlətməsini bildirib hərəkətlərinə davam etmiş, daha sonra onu polis şöbəsinə dəvət etsələr də şəxs könüllü gəlməkdən imtina etmiş, bundan sonra onu məcbur sürətdə polis şöbəsinə gətirmişlər. Əlavə olaraq bildirdi ki, Şəxs ucadan nalayiq ifadələr işlətmiş, onlar ona yaxınlaşıb hərəkətlərinə soy qoymasını istəsələr də vətandaş ailə probleminin olmasını və bu səbəbdən ünvansız nalayiq ifadələr işlətməsini bildirib, hərəkətlərinə davam etmiş, bundan sonra Şəxs polis şöbəsinə dəvət etsələr də gəlməkdən imtina etmiş, onlar məcburi olaraq Şəxs polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə təxminən saat 19 radələrində Şahid1 ilə xidmətdə olan zaman S.Hacıyev küçəsində Gündüz adlı şəxsin küçədə ünvansız nalayiq ifadələr işlətməsini görmüşlər, ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra Gündüz adlı şəxsi nizam intizama dəvət etmişlər, lakin Gündüz adlı şəxs evdə problemi olmasını və bu səbəbdən belə ifadələr işlətməsini bildirib hərəkətlərinə davam etmiş, daha sonra onu polis şöbəsinə dəvət etsələr də Gündüz adlı şəxs könüllü gəlməkdən imtina etmiş, bundan sonra onu məcbur sürətdə polis şöbəsinə gətirmişlər. Əlavə olaraq bildirdi ki, Şəxs ucadan nalayiq ifadələr işlətmiş, onlar ona yaxınlaşıb özlərini təqdim edib onu nizam intizama dəvət etsələr də Şəxs onlara məhəl qoymamış, vətandaş ailə probleminin olmasını və bu səbəbdən ünvansız nalayiq ifadələr işlətməsini bildirib, hərəkətlərinə davam etmiş, bundan sonra Şəxs polis şöbəsinə dəvət etsələr də gəlməkdən imtina etmiş, onlar məcburi olaraq Şəxs polis şöbəsinə gətirmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahid ifadəsi və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamaqla öz hərəkətlərini davam etdirərək İXM-nin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hall müəyyən edilməmiş, sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hall kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və sərxoş halda inzibati xəta törətməsinin onun məsulliyətini ağırlaşdıran hal kimi müəyyən edilməsini, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işsiz olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli Şəxs tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2026-cı il tarixdən, saat 20:40-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon X5 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar