Məhkəmə qərarları › İş №3(5-125)-17/2026

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-17/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-17/2026 03.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X23 iclas katibliyi, X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X56 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 469-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında elektron qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X49 xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X56 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsini və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X56 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı elektron qərarı ilə Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. X56 Xidməti tərəfindən müvafiq olaraq həmin qərarın qəbul edilməsinə əsaslar "xxxx" MMC ilə (VÖEN: **********) X6, X5, X60, X13, X7, X25, X61, X14, X62, X63, X50, X32, X41, X51, X26, X8, X33, X34, X42, X70, X35, X27, X28, X52, X49, X19, X43, X20, X53, X21, X3, X54, X9, X36, X4, X37, X18, X64, X15, X29, X16, X17, X10 arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması olmuşdur. Hesab edir ki, X56 Xidmətinin inzibati tənbehvermə haqqında sözügedən qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. Belə ki, X56 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı qəbul edilmiş elektron qərarından sonra, xx.xx.2025-ci il tarixdə yuxarıda MMC-nin bütün işçiləri qanunvericiliyin tələbinə əsasən, sığortaçı ilə AH********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. Beləliklə, yuxarıda göstərilən inzibati xəta haqqında qərarların qəbul edilməsinə əsas olan inzibati xətanı o, törətməmişdir. İnzibati xətanın tərəfindən törədilməməsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasını tamamilə istisna edir. Eyni zamanda qeyd etmişdir ki, tərtib edilmiş elektron qərar müvafiq qaydada tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” inzibati tənbeh vermə haqqında Qərarın 4 nömrəli əlavəsi ilə inzibati xəta haqqında sənədlər və onların tərtib olunma qaydalarına əsasən, inzibati xətalara aid sənədlər akt, protokol, qərar və qərardad şəkilində çıxarılır. Həmin qaydalara uyğun olmayan sənədlərin tərtibi, onun etibarsızlığına əsas yaradır. Belə ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı elektron qərar onun iştirakı olmadan tərtib olunmuşdur. Barəsində məcburi göstəriş qəbul edilərkən onun iştirakı təmin olunmamış, imza da etməmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X56 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsini və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarxli, 3(004)-10116/2025 saylı qərardadı ilə X2 onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X56 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında elektron qərarından verdiyi şikayət iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Material xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X49 izahatında şikayətin məzmununa uyğun çıxış edərək verilmiş əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında elektron qərar qəbul edilməmişdən əvvəl inzibati pozuntu barədə poçt göndərişi vasitəsilə məlumatlandırılmamış, habelə iştirakı təmin edilmədən barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən qərar qəbul edilməmişdən əvvəl işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası təmin edilməmiş, yalnız xx.xx.2025-ci il tarixdə, yəni inzibati tənbehvermə barədə qərar qəbul edildikdən sonra işçilərin icbari sığortası həyata keçirilmişdir. Hazırda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən törədilmiş xətanı 20 gün ərzində aradan qaldırdığı təqdirdə inzibati məsuliyyətdən azad edilə bilər. Odur ki, həmin maddənin qeydinin nəzərə alınmasını da xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X56 Xidmətinin nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə məhkəməyə şikayətə qarşı yazılı mövqeyini göndərərək qeyd etmişdir ki, X24 şikayətinə əsasən o, elektron qərar qəbul edilərkən işdə iştirakının təmin edilmədiyi üçün hüquqlarının pozulduğunu güman etdiyindən və qanunvericiliyin yeni tələblərini bilmədiyindən qərarı əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. MEİS elektron sistemi vasitəsi ilə X24 rəhbərlik etdiyi "xxxx" MMC tərəfindən işçilərinin əmək müqavilələrinin qüvvədə olmasına baxmayaraq, qanunvericiliyin tələblərinin pozulduğu istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədiyi aşkar olunmuşdur. MN ******* saylı elektron qərar xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. X49 şikayətində bildirir ki, cərimə olunduqdan sonra xx.xx.2025-ci il tarixdə işçilərin sığortalanması təmin edilmişdir. Yəni, xx.xx.2025-ci il tarixədək işçilərin sığortalanması təmin edilməmişdir. Bununla da, inzibati xətanın törədildiyi təsdiq olunmuşdur. Elektron qərar xx.xx.2025-ci il tarixdə “Asan Pay” elektron sistemində vəzifəli şəxsin şəxsi kabinetinə yerləşdirilmiş və şəxs bu barədə məlumatlandırılmışdır. Bununla da, X49 barəsində elektron qərar əsaslı və qanunauyğun olduğundan qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini, habelə işə X56 Xidmətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən X56 Xidmətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X56 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X56 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında elektron qərarından müəyyən edilir ki, X49 Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Buna səbəb "xxxx" MMC ilə X6, X5, X60, X13, X7, X25, X61, X14, X62, X63, X50, X32, X41, X51, X26, X8, X33, X34, X42, X70, X35, X27, X28, X52, X49, X19, X43, X20, X53, X21, X3, X54, X9, X36, X4, X37, X18, X64, X15, X29, X16, X17, X10 arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması olmuşdur. Qərarın surəti xx.xx.2025-ci il tarixli bildirişlə bərabər poçt vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına göndərilmişdir. İş materiallarında olan “AsanPay” elektron ödəniş portalından əldə edilmiş çıxarışdan müəyyən edilir ki, X56 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında elektron qərar xx.xx.2025-ci il tarixdə “AsanPay” elektron sistemində X1 yerləşdirilmiş və bu barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış AH********** saylı “istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsindən və onun qoşmasından müəyyən edilir ki, inzibati tənbehvermə haqqında elektron qərarda adları göstərilən şəxslərin hər birinin icbari sığortası həyata keçirilmişdir. Qeyd edilir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Həmin Qanunun 7.2.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq sığortalının vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissənin tələbinə görə işəötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissənin tələbinə görə işəötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.4-cü bəndinə əsasən həmin Məcəllənin 191.2-ci, 192.1 - 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1- ci, 199 - 203-cü, 205-1.1-ci, 469-1-ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 477-2.1ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Maddənin “Qeyd” hissəsinə əsasən şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanunverici sözügedən Qanunla sığorta hadisələri nəticəsində sağlamlığına zərər dəyən işçilərin müdafiəsi, sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması, sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması kimi ictimai mənafelərin təmin edilməsi məqsədini güdür. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Yuxarıda sadalanan normalardan göründüyü kimi qanunvericilik əmək müqaviləsi bağladığı hər bir işçi ilə bağlı icbari sığorta müqaviləsi bağlamağı, işçinin sığortalanması barədə müvafiq məlumatları əmək müqaviləsində göstərməyi işəgötürənin birbaşa vəzifəsi kimi və məcburi şərt olaraq müəyyən etmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığorta müqaviləsi işçilərin peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü zamanı onların özlərini və ailələrini maddi təminatla təmin etməklə yanaşı, işəgötürənlər üçün qanuni məsuliyyətdən azad olmaq və iş yerində təhlükəsizliyi təşviq etmək baxımından əhəmiyyətlidir, çünki bu, sığorta hadisəsi baş verdikdə maliyyə ödənişlərini təmin edir. Şikayətçinin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı təmin edilmədiyi, habelə inzibati xəta barədə əvvəlcədən poçt göndərişi vasitəsilə məlumatlandırılmadığı barədə iddiaları məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qərarın qəbul edildiyi vaxt qüvvədə olan 127-4.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar dövlət informasiya sistemlərinin məlumatları əsasında aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati tənbehvermə haqqında elektron qərar çıxarılması qanunla birbaşa nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında elektron qərarın barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan qəbul edilməsi prosessual pozuntu hesab edilmir və qərarın etibarsızlığına əsas yaratmır. İş materiallarından müəyyən edildiyi kimi, inzibati tənbehvermə haqqında elektron qərar xx.xx.2025-ci il tarixdə “AsanPay” elektron sistemində şikayətçinin şəxsi kabinetinə yerləşdirilmiş, bununla da onun müvafiq qaydada məlumatlandırılması təmin edilmişdir. Qərarın sonradan poçt vasitəsilə göndərilməsi isə əlavə məlumatlandırma xarakteri daşıyır və qanunvericiliklə müəyyən edilmiş zəruri şərt kimi qiymətləndirilə bilməz. Məhkəmə, həmçinin şikayətçinin inzibati xətanı törətmədiyi və qərarın qəbul edilməsindən sonra işçilərin icbari sığortasının təmin edilməsi ilə məsuliyyətdən azad edilməli olması barədə arqumentlərini də hüquqi cəhətdən əsassız hesab edir. İş materialları və şikayətçinin öz izahatlarından aydın olur ki, "xxxx" MMC tərəfindən əmək müqaviləsi bağlanmış işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması inzibati tənbehvermə haqqında elektron qərar qəbul edildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə həyata keçirilmişdir. Bu hal isə inzibati xətanın törədilmədiyini deyil, əksinə, xətanın mövcud olduğunu və yalnız sonradan aradan qaldırıldığını təsdiq edir. İnzibati xətanın tərkibi işəgötürənin qanunvericiliklə üzərinə qoyulmuş vəzifəni vaxtında yerinə yetirməməsi ilə, yəni hərəkətsizliklə tamamlanmışdır və pozuntunun sonradan aradan qaldırılması inzibati xətanın mövcudluğunu istisna etmir. Şikayətçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin “Qeyd” hissəsinə istinad edərək inzibati məsuliyyətdən azad edilməli olması barədə mövqeyi də məhkəmə tərəfindən düzgün hüquqi yozum kimi qəbul edilmir. Həmin maddənin qeyd hissəsinin məzmunundan aydın şəkildə görünür ki, bu norma inzibati xətaya görə məsuliyyətdən azadetmə institutu deyil, yalnız inzibati məsuliyyətə cəlb edilmiş şəxsin müəyyən müddət ərzində pozuntunu aradan qaldırması halında eyni əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmamasını nəzərdə tutur. Qeyd olunan norma inzibati tənbehvermə haqqında artıq qəbul edilmiş qərarın ləğv edilməsinə və ya şəxsin inzibati məsuliyyətdən azad edilməsinə hüquqi əsas yaratmır. Beləliklə, şikayətçinin bu hissədə irəli sürdüyü arqumentlər qanunvericiliyin məzmununa uyğun gəlmir və maddənin mahiyyətinin səhv şərh edilməsinə əsaslanır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, şikayətçinin inzibati tənbehvermə haqqında qərarın qanunsuzluğu və əsassızlığı barədə gətirdiyi arqumentlər nə prosessual, nə də maddi hüquq normaları baxımından öz təsdiqini tapmır və inzibati xətanın törədilməsi faktı, habelə qərarın qanuni və əsaslı olması iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X24 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X56 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X24 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X56 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar