Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-29/2026 10.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33343532 nömrəli inzibati tənbehvermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xx.xx.2026-cı il tarixdə şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33343532 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə 50 (əlli) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərar xx.xx.2026-cı il tarixdə, saat 15:05-də Landau küçəsi 16, Hüseyn Cavid parkının qarşısındakı ərazidə qeydə alınan hadisə ilə bağlıdır. Qeyd etmişdir ki, protokol X2 tərtib olunub, lakin həmin avtomobili həmin tarixdə idarə edən X6 olmuşdur. Bu, sonuncu etibarnamənin İbrahim Rövşən oğluna aid olmasına baxmayaraq avtomobilin idarə edilməsinin X4 həvalə olunduğu faktı ilə əlaqədardır. Həmin qərarla razı deyil və hesab edir ki, qərar əsassızdır. Belə ki, təqdim edilmiş foto və video materiallarda piyadanın yolun hərəkət hissəsinə daxil olduğu və onun tərəfindən real təhlükə yaradacaq vəziyyətin mövcudluğu tam sübut olunmamışdır. Görüntülərdə piyada ilə nəqliyyat vasitəsi arasında təhlükəli yaxınlaşma və ya qəza riski müşahidə olunmur. Bundan əlavə, hadisənin baş verdiyi ərazidə yolun hərəkət intensivliyi və mövcud vəziyyət nəzərə alınaraq, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması tam və dəqiq sübut olunmamışdır. Qanunvericiliyə əsasən şübhələr sürücünün xeyrinə qiymətləndirilməlidir. Odur ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33343532 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-104)-893/2026 saylı qərardadına əsasən X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33343532 nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. X1 xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə verərək xx.xx.2026-cı il tarix, saat 12:15-ə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33343532 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək əlavə araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33343532 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X5 xx.xx.2026-cı il tarixdə Landau küçəsi 16, Hüseyn Cavid parkının qarşısında olarkən istifadəsində olan “Kia Ceed” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə İXM-nin 330.0.1-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillər araşdırılarkən müəyyən edilir ki, nəqliyyat vasitəsinin piyada keçidinə daxil olduğu və ya piyada keçidində olan piyadaya yol vermədiyi anı əks etdirən görüntü mövcud deyildir. Təqdim olunmuş şəkillərdə nəqliyyat vasitəsi artıq piyada keçidini keçmiş vəziyyətdə təsvir olunmuş, piyadanın nəqliyyat vasitəsinin hərəkət istiqamətində keçiddə olduğu və sürücünün ona yol vermədiyi an obyektiv şəkildə qeydə alınmamışdır. Foto materiallardan piyadanın hərəkət istiqaməti, keçidə daxil olma vaxtı və sürücünün real olaraq yol verməməsi faktı müəyyən edilmir. Belə olan halda, yalnız təqdim edilmiş şəkillərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. İşin faktiki hallarına əsasən, xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33343532 nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən – xx.xx.2026-cı il tarixdə Landau küçəsi 16, Hüseyn Cavid parkının qarşısında “Kia Ceed” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsindən ibarət inzibati xəta, X5 tərəfindən mübahisələndirilmişdir. Qeyd edilməlidir ki, burada sübutetmə yükü inzibati qərarı qəbul etmiş orqanın üzərinə düşür, həmin orqanın nümayəndəsi isə məhkəmə araşdırmalarında iştirak etmək üçün gəlməmiş, sübutlar təqdim etməmişdir, məhkəmənin özü isə hazırki qaydada aşkar olunmuş nöqsanları araşdırmaq üçün müvafiq imkanlara (texniki resurslar və s.) malik deyildir. Nəzərə alınmalıdır ki, iş üzrə mühüm hallar araşdırılmadığı halda şəxsin Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə təqsirlilik məsələsinin yoxlanılaraq yekun nəticəyə gəlinməsi mümkün deyildir. Halbuki, yaranmış vəziyyətdə Təhlükəsiz Şəhər Kameraları vasitəsi ilə qeydə alınmış videogörüntülərə baxış keçirilməli, xətanın qeydə alındığı vaxtda və yerdə X3 nizamlanmayan piyada keçidinə yaxınlaşması anında həmin yerdə olan piyadaların əvvəlki və ehtimal olunan xəta anında hərəkətləri, onların həmin yerdə söhbət üçün dayanıbdayanmamaları və ya məhz nəqliyyat vasitəsinin hərəkəti onlara piyada keçidini keçməyə maneə yaratdığına görə yollarına davam etməmələri məsələsi təhlil edilməli, mümkün halda həmin şəxslər müəyyən edilərək izahatları alınmalı və s. bu kimi hallar üzrə araşdırma aparılmalıdır. Məhkəmə bu zaman nəzərə alır ki, İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinin ziddinə olaraq iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsinin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün gəlməyərək sübutları təqdim edib onların tədqiqində iştirak etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X5 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbiylə, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33343532 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikasının İXMnin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş 50 (əlli) manat məbləğində inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. X3 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2026cı il tarixli, EQ seriyalı, 33343532 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33343532 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim (Hacıqabul Rayon Məhkəməsi) vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(5-125)-29/2026
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-29/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver