Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-35/2026 24.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X4 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 05 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Əmək və Məşğulluq altsistemindən əldə olunmuş xx.xx.2026-cı il tarixli məlumat əsasında məlum olmuşdur ki, işçilərin əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsi ilə bağlı X7 Xidmətinin X1 3-17-5/2- 117579/2025 saylı, xx.xx.2025-ci il tarixli göstərişi icra edilməmişdir. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (və ya onun nümayəndəsi) və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü, eyni zamanda məhkəmə iclasının təxirə salınması barədə hər hansı məlumat daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə baxılır. Həmin işlərə tərəflərin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında" 17 sentyabr 2024-cü il tarixli 425 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 01 iyul 2025-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə (bundan sonra-“ƏMAS”) baxış zamanı elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu aşkara çıxarılmışdır. X7 Xidmətinin X1 xx.xx.2025-ci il tarixli 3-17-5/2-117379/2025 nömrəli göstəriş məktubu ilə Şəxs MMC-dən 10 (on) iş günü müddətində işçilərin qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib, nəticəsi barədə X7 Xidmətinin X2 məlumat verilməsi tələb olunmuşdur. Həmin göstəriş məktubu elektron sənəd qismində Nazirliyə məxsus "Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi” (ASİS) üzərindən “ƏMAS”dakı şəxsi kabinetə də göndərilmişdir. Lakin, bununla bağlı Şəxs MMC tərəfindən heç bir tədbir görülməmiş və Xidmətin X2 müvafiq məlumat verilməmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən Şəxs təsisçi-direktoru X3 fərdi məlumatları sorğulanan zaman müəyyən edilmişdir ki, o, xx.xx.2026-cı il tarixdə vəfat etmişdir. Hazıradək Şəxsnə yeni rəhbər işçi təyin edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 4.20-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsində 195.1-ci, 195.2-ci, 477-ci maddələrində, 539-cu maddəsinin adında, 539.1, 539.1-1, 539.2, və 556.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X4 tərəfindən hüquqi şəxs Şəxs MMC-yə işçilərin qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi və nəticəsi barədə məlumat verilməsi barədə müvafiq göstəriş verilmiş, həmin göstərişin icrası üçün müəyyən müddət təyin edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, göstərilən göstəriş hüquqi şəxsə elektron qaydada göndərilmiş və müəyyən edilmiş müddət ərzində onun icra olunmadığı əsas gətirilərək hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla belə, məhkəmə baxışı zamanı iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, hüquqi şəxsin təsisçi-direktoru X5 xx.xx.2026-cı il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin fəaliyyətinin təşkili, dövlət orqanlarının qanuni göstərişlərinin icrasının təmin edilməsi, o cümlədən əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət edilməsi və müvafiq tədbirlərin görülməsi bir qayda olaraq hüquqi şəxsin rəhbərinin səlahiyyətlərinə aid olan məsələlərdir. Hüquqi şəxsin rəhbərinin vəfat etməsi isə cəmiyyətin idarə olunmasında obyektiv çətinliklər yaradır və dövlət orqanları tərəfindən verilmiş göstərişlərin icrasının təmin olunmasını faktiki olaraq mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirən hal kimi qiymətləndirilməlidir. İş materiallarında cəmiyyət rəhbərinin vəfatından sonra onun səlahiyyətlərini müvəqqəti və ya daimi əsaslarla icra edən hər hansı vəzifəli şəxsin təyin olunması barədə məlumat mövcud deyildir. Eyni zamanda hüquqi şəxsin fəaliyyətinin faktiki olaraq kim tərəfindən idarə olunması, dövlət orqanlarının göstərişlərinin icrasının kim tərəfindən təmin edilməli olması və bu sahədə konkret məsul şəxsin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, iş materiallarında mövcud sənədlər hüquqi şəxsin rəhbərinin sağ olduğu dövrdə verilmiş göstərişin onun tərəfindən faktiki qəbul edilib-edilmədiyini və ya həmin göstərişin icrasının təmin olunması istiqamətində hansısa tədbirlərin görülübgörülmədiyini tam və birmənalı şəkildə müəyyən etməyə imkan vermir. Göstərişin verildiyi tarix ilə hüquqi şəxsin rəhbərinin vəfat etdiyi tarix arasındakı müddət də nəzərə alınmaqla məhkəmə hesab edir ki, hüquqi şəxsin dövlət orqanının göstərişini icra etməməsinin qəsdən və ya səhlənkarlıq nəticəsində baş verdiyi barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinin tələbləri hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasının şərtlərini konkretləşdirir və həmin məsuliyyət avtomatik xarakter daşımır. Belə ki, İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs yalnız onun adından qərar qəbul etmək, onu təmsil etmək və ya fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin törətdiyi inzibati xəta nəticəsində məsuliyyətə cəlb edilə bilər. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, hüquqi şəxsin təsisçi-direktoru X5 xx.xx.2026-cı il tarixdə vəfat etmişdir. İş materiallarında onun vəfatından sonra hüquqi şəxsi təmsil etmək, onun adından qərar qəbul etmək və ya fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik hər hansı digər vəzifəli şəxsin təyin edilməsi barədə məlumat mövcud deyildir. Eyni zamanda inzibati xəta haqqında protokolda və iş materiallarında İXM-in 18.2-ci maddəsində göstərilən subyektlərdən hər hansı birinin konkret olaraq hansı hərəkət və ya hərəkətsizliyə yol verməsi, dövlət orqanının göstərişinin icrasını qəsdən və ya ehtiyatsızlıqdan təmin etməməsi barədə sübutlar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin inzibati məsuliyyəti yalnız müvafiq vəzifəli şəxsin təqsirli davranışı ilə şərtləndirilə bilər. Hazırkı halda isə belə vəzifəli şəxsin kimliyi, onun səlahiyyət dairəsi və təqsirli davranışı müəyyən edilmədiyindən hüquqi şəxsin inzibati məsuliyyətinin formalaşması üçün zəruri olan subyektiv element mövcud deyildir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, İXM-in 18-ci maddəsinin tələbləri baxımından hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən şəxs yalnız təqsirli olduğu inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilə bilər və inzibati məsuliyyətin tətbiqi üçün inzibati xəta tərkibinin bütün elementlərinin mövcudluğu sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, iş materialları ilə hüquqi şəxsin dövlət orqanının qanuni göstərişini qəsdən və ya ehtiyatsızlıqdan icra etmədiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar müəyyən edilmir. Beləliklə, hüquqi şəxsin rəhbərinin vəfat etməsi, rəhbərin səlahiyyətlərini icra edən şəxsin müəyyən olunmaması, göstərişin icrasına məsul konkret şəxsin müəyyən edilməsinin mümkün olmaması, habelə hüquqi şəxsin təqsirinin sübuta yetirilməməsi birlikdə qiymətləndirildikdə məhkəmə belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir və buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X4 tərəfindən tərtib olunmuş 05 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X4 tərəfindən tərtib olunmuş 05 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 539.1- 1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(5-125)-35/2026
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-35/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver