Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-38/2026 10.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxsnun Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 10 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs 10 fevral 2026-cı ildə “Tik-Tok” sosial şəbəkəsində “Videolar 440” səhifəsindən ölkə başçısı barədə olan aşağılayıcı videonu bəyənərək özünə məxsus “Whatsapp” sosial şəbəkəsində statusuna qoymuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs 10 fevral 2026-cı ildə “Tik-Tok” sosial şəbəkəsində “Videolar 440” səhifəsindən ölkə başçısı barədə olan aşağılayıcı videonu bəyənərək özünə məxsus “Whatsapp” sosial şəbəkəsində statusuna qoymuşdur. Göstərilənlərə əsasən, o, Şəxsnun Azərbaycan Respublikası İXM-nin 388- 1.1.1-ci maddəsi ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Hacıqabul rayonunda yaşayır. Belə ki, “Tik-Tok” sosial şəbəkəsində videolara baxarkən bilməyərəkdən ölkə başçısı barədə olan videonu özünə məxsus “Whatsapp” sosial şəbəkəsində statusuna qoymuşdur. Bu barədə qonşusu zəng edərək ona məlumat vermiş və videonu silmişdir. İş materiallarında olan Şəxs 10 fevral 2026-cı ildə “Tik-Tok” sosial şəbəkəsində “Videolar 440” səhifəsindən ölkə başçısı barədə olan aşağılayıcı videonu bəyənərək özünə məxsus “Whatsapp” sosial şəbəkəsində statusuna qoyması səbəbindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxsnun Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3.9-cu maddəsinə əsasən, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiyatelekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, Şəxs 10 fevral 2026-cı ildə “Tik-Tok” sosial şəbəkəsində “Videolar 440” səhifəsindən ölkə başçısı barədə olan aşağılayıcı videonu bəyənərək özünə məxsus “Whatsapp” sosial şəbəkəsində statusuna qoymuşdur. Bu hal iş materialları və Şəxs məhkəmə iclasında verdiyi izahatda öz əksini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, onun əməli düzgün olaraq İXM-nin 388-1.1.1-ci maddəsi ilə tövsif olunmuşdur və ona görə o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İXM-nin 9.1-ci maddəsinə əsasən, “inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” İXM-nin 31.2-ci maddəsinə əsasən, “fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388- 1.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək ona, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qəbul edilmiş qərarın icrası Şəxs yaşadığı yer üzrə İcra şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(5-125)-38/2026
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-38/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver