Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-43/2026 13.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin XÜ baş inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-nin XÜ baş inspektoru X2 tərəfindən tərtib edilmiş 12 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul RPŞ-nin İTB-nin XÜ baş inspektoru Əsgərov Mustafa oğlu protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs “İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanı mühafizəsi haqqında” qanuna əsasən yayılması qadağan edilmiş informasiyaları internet informasiya ehtiyyatında və ya informasiya-telekomunikasiya şəbəkəsində yaymış, eyni zamanda “Rauf_024” domeni ilə “TikTok” sosial şəbəkəsində “Mehriban Aliyeva” adlı domenin sahibi tərəfindən Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Vitse-Prezidentinin şəkilinin üzərində yaradılmış oyunda həmin şəkilin üzərində olan xüsusi xanada göy rəngli tank saxlayaraq oyunu qalib gəlməsini və buna görə həmin videonu paylaşaraq “Mehriban Aliyeva” adlı domenin sahibindən 70.000 manat pul istəməsi barədə video görüntüləri sosial şəbəkələrdə paylaşmış və yerləşdirmiş, eyni zamanda həmin görüntülərin yayılmasının qarşısını bilərəkdən almamışdır. Göstərilənlərə əsasən, o, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi əməli etiraf edərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, Hacıqabul rayonunda yaşayır, “Coca-Cola” şirkətində işləyir və 400 manat əmək haqqı alır. İzahatında baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, o, “Rauf_024” domeni ilə “TikTok” sosial şəbəkəsində “Mehriban Aliyeva” adlı domenin sahibi tərəfindən Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Vitse-Prezidentinin şəkilinin üzərində yaradılmış oyunda həmin şəkilin üzərində olan xüsusi xanada göy rəngli tank saxlayaraq oyunu qalib gəlməsini və buna görə həmin videonu paylaşaraq “Mehriban Aliyeva” adlı domenin sahibindən 70.000 manat pul istəməsi barədə video görüntüləri sosial şəbəkələrdə paylaşmışdır. Sözügedən paylaşımı etməkdə gəlir əldə etmək və başqa məqsədi olmamış sadəcə olaraq ona əyləncəli gəldiyi üçün paylaşmışdır. Polis şöbəsində ona qarşı hər hansı qanunsuz hərəkət törədilmədiyini, MSY-də saxlanıldığını və əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan 12 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs “TikTok” sosial şəbəkəsində “Mehriban Aliyeva” adlı domenin sahibi tərəfindən Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Vitse-Prezidentinin şəkilinin üzərində yaradılmış oyunda həmin şəkilin üzərində olan xüsusi xanada göy rəngli tank saxlayaraq oyunu qalib gəlməsini və buna görə həmin videonu paylaşaraq “Mehriban Aliyeva” adlı domenin sahibindən 70.000 manat pul istəməsi barədə video görüntüləri sosial şəbəkələrdə paylaşması və yerləşdirməsi, eyni zamanda həmin görüntülərin yayılmasının qarşısını bilərəkdən almaması səbəbindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3.9-cu maddəsinə əsasən, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, Şəxs “Rauf_024” domeni ilə “TikTok” sosial şəbəkəsində “Mehriban Aliyeva” adlı domenin sahibi tərəfindən Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Vitse-Prezidentinin şəkilinin üzərində yaradılmış oyunda həmin şəkilin üzərində olan xüsusi xanada göy rəngli tank saxlayaraq oyunu qalib gəlməsini və buna görə həmin videonu paylaşaraq “Mehriban Aliyeva” adlı domenin sahibindən 70.000 manat pul istəməsi barədə video görüntüləri sosial şəbəkələrdə paylaşmış və yerləşdirmişdir. Bu hal iş materialları və Şəxs məhkəmə iclasında verdiyi izahatda öz əksini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, onun əməli düzgün olaraq İXM-nin 388-1.1.1-ci maddəsi ilə tövsif olunmuşdur və ona görə o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İXM-nin 9.1-ci maddəsinə əsasən, “inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” İXM-nin 31.2-ci maddəsinə əsasən, “fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlin təhlükəlilik dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 13 fevral 2026-cı il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(5-125)-43/2026
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-43/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver