Məhkəmə qərarları › İş №3(5-125)-51/2026

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-51/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-51/2026 18.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Hacıqabul RPŞ-nin sahə rəisi, X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonu, Həşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-si tərəfindən tərtib edilmiş 18 fevral 2026cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş qərardad və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Hacıqabul RPŞ-də müvafiq araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən Hacıqabul RPŞ-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən 13 fevral 2026-cı il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra Hacıqabul RPŞ-nin polis sahə rəisi X6 tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin polis sahə rəisi X6 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, özünü qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilmir. Zərərçəkmiş şəxs onun qaynanasıdır. Lətifə bir neçə ildir ki, onunla normal rəftat etmiş, aralarında bununla əlaqədar tez-tez münaqişələr olur. xx.xx.2026-cı il tarixdə azyaşlı uşağın konfet istəməsi üstündə aralarında mübahisə yaranmış, mübahisə zamanı Lətifə öz üzünə-başına əl atmağa başlamış, o, Lətifənin əl qolundan tutmaqla onu sakitləşdirməyə çalışmış, bu zaman onlar dartışmış, Lətifənin əlində olan açarı almağa çalışarkən qolunu sıxmış, əlbəyaxa olmuş, sonra aralaşmışlar. Daha sonra Lətifənin oğlu gələrək 102 “XZM”-yə məlumat vermişdir. Odur ki, göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs 9 ildir ki, oğlu Äslanla ailə qurmuş və 3 övladları var. Bir yerdə yaşayırlar. Münasibətləri yaxşı deyil. xx.xx.2026-cı il tarixdə saat 19 radələrində evdə olan zaman nəvəsi ondan konfet istəmiş, otağından konfet götürmək üçün otağına keçəndə açarın otağın qapısının kilid yerinin üstündə sınmış vəziyyətdə görmüş, bu səbəbdən gəlini Xumarla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Xumarla yaxalaşmış, Xumar onun saçından yolaraq açarı istəmiş, çölə çıxmaq istəyəndən Xumar onu tutmuş, başını divara vurmuş, əlini dişləmişdir. Həmin vaxt yanlarında heç kim olmasada sonradan oğlu gəlmiş, bu barədə oğlu Aslana demişdir. Gəlinin atası bu barədə məlumatlı olmuş, qızına Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi barədə göstəriş vermiş, onlara heç kimin heç nə edə bilməyəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan 13 fevral 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış HK-1/120 material üzrə cinayət tərkibinin əlamətlərinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün faktiki halları araşdırıb, iş üzrə toplanmış sübutları məcmu halında tam, hərtərəfli və obyektiv, əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, qanunvericiliyin imperativ tələbinə görə inzibati xəta tərkibinin formalaşması üçün dörd element yəni, obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət mövcud olmalıdır. İXM-nin 3-cü maddəsində qeyd olunur ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü yəni, hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlərin məcmusudur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, toplanmış sübut materiallarını və işin faktiki hallarını birgə qiymətləndirərək müəyyən etmişdir ki, inzibati xəta haqqında protokolun məzmununda göstərilən hadisənin baş verməsini və həmin hadisənin məhz Şəxs tərəfindən törədilməsini təsdiqləyən etibarlı və obyektiv sübutlar mövcud deyildir. Belə ki, zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatda bildirir ki, Şəxs onu saçından tutaraq baş nahiyəsinə yumruqla zərbələr endirmişdir. Məhkəmə hesab edir ki, mübahisə zamanı zərərçəkmişin özünə xəsarət yetirməsi ehtimalı olduğunu nəzərə alaraq zərərçəkmiş şəxsə dərəcəsi müəyyən olunmayan xəsarətlərin məhz Şəxs tərəfindən deyil, özü tərəfindən vurulması ehtimalı mövcuddur. Məhkəmə iclasında Şəxs tərəfindən mobil telefon vasitəsilə çəkilmiş videoçəkilişə baxılmışdır. Həmin videoçəkilişdə Zərərçəkmiş şəxs otağın ortasında döşəmədə oturaraq özü-özünə anlaşılmayan sözlər dediyi görsənir. Lakin həmin vaxt Zərərçəkmiş şəxs sifət və bədəninin digər hissələrində xəsarət izləri görünmür. Məhkəmə bu halların hər birini nəzərə alaraq hesab edir ki, təqsirliliyi təsdiq edən faktlar yalnız ehtimallara əsaslanır və inzibati məsuliyyət üçün zəruri olan “şübhəsiz sübutetmə” meyarını ödəmir. İnzibati xətanın obyektiv cəhətinin – yəni konkret şəxsin konkret hərəkətləri ilə fiziki ağrı yetirilməsi faktının – sübuta yetirilməsi mümkün olmadığından inzibati xəta tərkibinin formalaşması üçün tələb olunan elementlər tam şəkildə mövcud deyil. Bütün göstərilənlər məhkəməyə iş üzrə icraatın davam etdirilməsinin hüquqi əsasının olmadığı qənaətinə gəlməyə imkan verir. Mövcud sübutların heç biri Şəxs inzibati xəta törətdiyini etibarlı şəkildə təsdiq etmir və sübut yükünün daşınması tələbi səlahiyyətli orqan tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Hacıqabul RPŞ-nin sahə rəisi, X6 tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 105, 114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Hacıqabul RPŞ-nin sahə rəisi, X6 tərəfindən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar