Məhkəmə qərarları › İş №3(5-125)-57/2026

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-57/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-57/2026 23.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Hüseynov Fərid İsa oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Salyan rayonunun Qızılburun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, “Azneft” İB-də qazmaçı köməkçisi vəzifəsində çalışan, evli, orta təhsilli, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 14 radələrində yaşadığı evdə ailə münasibətləri zəmnində Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə də, Əhmədov X3 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 14 radələrində yaşadığı evdə ailə münasibətləri zəmnində Zərərçəkmiş şəxs döymüş, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində lazımi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Hacıqabul rayonunda yaşayır. Evlidir və 4 övladı var. Zərərçəkmiş şəxs onun mərhum qardaşının yoldaşıdır. Belə ki, Şəxs anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayırlar. Onlar qapı qonşudur və gediş-gəlişləri var. Ona xəbər çatmışdır ki, anası yıxılmış və qabırğaları sınmışdır. O da öz növbəsində anasının yanına getmişdir. Hadisə ilə bağlı etiraf etmişdir ki, Zərərçəkmiş şəxs təpiklə vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs anası təzyiqi olduğu üçün müvazinətini itirmiş və yerə yıxılmışdır. Bu zaman onun əli-qolu əzilmişdir. O da öz növbəsində əmisinə məlumat verərək qaynanasını xəstəxanaya aparmışlar. Evə gəldiyi zaman Şəxs onu qaynanasını itələyərək yıxmaqda ittiham etmiş və əlindəki ağacla bədəninin kürək nahiyələrinə zərbələr yetirmiş, habelə təpiklə onu döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə barışmamışdır və onun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2026-cı il tarixli, 25 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs obyektiv müayinəsinə əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol sağrının yuxarı kvadratının qançırı. Gövdənin arxa səthinin qançırı. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ bilər. Müddəti müayindən 3-4 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmamışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar”a əsasən Zərərçəkmiş şəxs ərizəsi əsasına toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi zərər çəkmiş şəxslərin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 fevral 2026-cı il tarixdən saat 10:40-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar