Məhkəmə qərarları › İş №3(5-125)-58/2026

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-58/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-58/2026 23.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Hüseynov Fərid İsa oğlunun katibliyi, Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Hacıqabul rayonu, Nəvahı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-cı il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin e-16(5-160)-5/2026 saylı, xx.xx.2026-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs uşaqların ataları ilə ünsiyyətinə mane olaraq tələbi təmin etməmişdir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin e-16(5- 160)-5/2026 saylı, xx.xx.2026-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs uşaqların ataları ilə ünsiyyətinə mane olaraq tələbi təmin etməmişdir. Odur ki, icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, Hacıqabul rayonu, Nəvahı kəndində yaşayır. Belə ki, icra sənədini həyata keçirilməməsinin səbəbi əvvəla özünün istəməsi, digəri isə uşaqların istəməməsidir. Belə ki, ataları ilə uşaqlar ünsiyyətdə olmuş, daha sonra atası onları qorxudaraq analarının yanına getməmələri barədə öyrətmişdir. Zərərçəkmiş şəxs uşaqlara psixoloji təzyiq göstərərək onlarda analarına qarşı nifrət yaradır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, uşaqlarla səmimi rəftar edir. Uşaqlar özləri anasının yanına getmək istəməmişdir. Daha sonra uşaqların anası polis əməkdaşlarına zəng edərək “Vəhabi” lər bizə hücum edir deyərək uşaqları ondan almış və hazırda isə atalarının uşaqlarla ünsiyyətdə olmasına mane olur. İş materiallarına əlavə edilmiş Şirvan Şəhər Məhkəməsinin e-16(5-160)-5/2026 saylı, xx.xx.2026-cı il tarixli icra vərəqəsinə əsasən e-2(032)-1222/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər ərizəçi Zərərçəkmiş şəxs valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar övladı - xx.xx.2014-cü ildə anadan olmuş X2 və xx.xx.2017-ci ildə anadan olmuş X1 ilə hər həftənin bazar günü saat 11:00dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şirvan Şəhər Məhkəməsinin e-16(5-160)-5/2026 saylı, xx.xx.2026-cı il tarixli icra sənədini könüllü icra etməsi üçün Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan müəyyən edilir ki, iş üzrə icraata başlanılmış və Şəxs dərhal icranı könüllü təmin etməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar