Məhkəmə qərarları › İş №3(5-125)-61/2026

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-61/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-61/2026 26.02.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sabirabad rayonu, Abdulyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Hacıqabul rayonu, Abdulyan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-cı il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Səmədov X2 Rayon Məhkəməsinin 16(5-125)-12/26 saylı, xx.xx.2026-cı il tarixli ica vərəqəsi üzrə uşaqları anaları ilə görüşməsinə maneçilik yaradaraq tələbi icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X5 izahatında bildirmişdir ki, Vəkil səyləri nəticəsində uşaqların anaları ilə görüşməsinə şərait yaradılmışdır. Odur ki, inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, uşaqlarla danışmış və onların anaları ilə ünsiyyətdə olması müvafiq cəhdlər etmişdir. Vəkil da köməkliyi ilə uşaqların anaları ilə ünsiyyətdə olması prosesi keçirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, həqiqətən də uşaqları ilə görüşmüşdür. Məhkəmə iclasında iştirak edən Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, ananın uşaqları ilə ünsiyyətdə olması üçün lazımi şərait yaradılmış və ünsiyyət aktı həyata keçirilmişdir. Odur ki, şəxs barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 16(5-125)-12/26 saylı, xx.xx.2026-cı il tarixli icra sənədinə əsasən 1 ay ərzində, yəni xx.xx.2026-cı il tarixədək ərizəçi Zərərçəkmiş şəxs və Şəxs birgə nikahlarından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 anaları - Zərərçəkmiş şəxs ilə həftənin şənbə günü saat 10:00-dan həftənin bazar günü saat 14:00-a kimi (28 saat ərzində) sərbəst qaydada ünsiyyətdə olmasına maneə törədilməsi cavabdeh Şəxs və digər şəxslərə qadağan edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün azyaşlı uşaqlar onların yaşayış yerləri üzrə hər həftənin şənbə günü saat 10:00-da cavabdeh Şəxs tərəfindən ərizəçi Zərərçəkmiş şəxs, bazar günü saat 14:00-da isə eyni ünvanda ərizəçi Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Şəxs təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu dərhal icranı könüllü olaraq təmin etməli və barəsində məcburi icra tədbirləri görülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs məhkəmə qərardadı ilə müəyyən edilmiş ünsiyyət qaydası həyata keçirilməmişdir. Lakin daha sonra vəkilin və icra məmurunun cəhdləri nəticəsində ananın uşaqları ilə ünsiyyətdə olmasına şərait yaradılmış və ünsiyyət prosesi həyata keçirilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Vəkil işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 5 (beş) saata görə 55 (əlli beş) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ********************, VÖEN **********). Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar