Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(5-125)-84/2026 19.03.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-cı il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs Hacıqabul rayon Məhkəməsinin 2(071)-497/2021 saylı, xx.xx.2021-ci il tarixli, Hacıqabul rayon Məhkəməsinin 2(071)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli, Hacıqabul rayon Məhkəməsinin 2(071)-1180/2024 saylı, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 910/2025 saylı, xx.xx.2025-ci il tarixli və Zəngilan rayon Məhkəməsinin 2(034)-791/2025 saylı, xx.xx.2026-cı il tarixli icra vərəqələri üzrə 22.929,19 manat məbləğində borcu vardır. İndiyədək Şəxs borcunu ödəməsi üçün kifayət qədər vaxt verilmiş, lakin o, borcunu ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Hacıqabul rayonunda qeydiyyatdaolmaqla Bakı şəhərində yaşayır. Hazırda Bakı şəhərində ətir mağazası işlədərək qazanc əldə edir. 2020-2023-cü illər arasında taksi şirkətində “park” təsisatçısı olaraq fəaliyyət göstərmişdir. Borclarının çox miqdarda olmasından xəbərdardır, lakin məsuliyyətsizlik edərək borcunu ödəməmişdir. Bu ayın sonuna kimi vaxt verilsə, borcunu ödəyəcəyini bildirmişdir. Hacıqabul rayon Məhkəməsinin 2(071)-497/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqi üzrə Şəxs 3366,20 manat alınaraq Zərərçəkmiş şəxs1 MMC-yə, Hacıqabul rayon Məhkəməsinin 2(071)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqi üzrə Şəxs 1459,84 manat alınaraq Zərərçəkmiş şəxs2 ASC-yə, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 1180/2024 saylı icra vərəqi üzrə Şəxs 220,15 manat alınaraq Zərərçəkmiş şəxs3 QSC-yə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-910/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqi üzrə Şəxsn 11500 manat alınaraq Zərərçəkmiş şəxs4 Mirzə oğluna və Zəngilan rayon Məhkəməsinin 2(034)-791/2025 saylı, xx.xx.2026-cı il tarixli icra vərəqi üzrə Şəxs 6383 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs5 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair qərara əsasən Hacıqabul rayon Məhkəməsinin 2(071)-497/2021 saylı, xx.xx.2021-ci il tarixli, Hacıqabul rayon Məhkəməsinin 2(071)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli, Hacıqabul rayon Məhkəməsinin 2(071)-1180/2024 saylı, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-910/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 19 mart 2026-cı il tarixdən saat 14:20-dən hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(5-125)-84/2026
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(5-125)-84/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver