Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(5-126)-159/2026 04.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli İXP7698964 saylı qərarından şikayətə baxarkən müəyyənetdi: X2 Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli İXP7698964 saylı qərarı əsasında AR İXM-nin 327.2 və 327.7-ci maddələri ilə 100 manat cərimə olunmaqla 3 bal təyin cərimə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahat verərək bildirmişdir ki, ona qarşı tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Onu da bildirmişdir ki, inzibati xəta Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar Dairəsi kimi tanınan ərazidə baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarından göründüyü kimi, X2 inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması üçün vəsatətlə məhkəməyə müraciət etməmişdir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli İXP7698964 saylı qərarından şikayətə inzibati xətanın törədildiyi yer üzrə məhkəmədə, yəni Nəsimi rayon məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan inzibati xəta haqqında material aidiyyatı üzrə inzibati xətanın törədildiyi ərazi yurisdiksiyası üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110,112, 118 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli İXP7698964 saylı qərarından şikayəti əsasında toplanmış 3(5-126)-159/2026 saylı inzibati xəta haqqında iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(5-126)-159/2026
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(5-126)-159/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver