Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-280/2026 19.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, Xaçmaz rayon PŞ-nin X8 Xidmətinin polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, Firdovsi küçəsi 12 saylı evdə yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiala baxaraq m ü ə y y ə n et d i : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2026-cı il tarixdə saat 20:00 radələrində idarə etdiyi Hyundai Sonata markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri Bakı prospektində “Mərkəzi dairə” istiqamətində hərəkətdə olan zaman, idarəetməni itirərək qarşı tərəf hərəkət zolağına çıxmış və hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Hyundai Sonata markalı 90- RK-997 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla da, X3 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xaçmaz rayon PŞ-nin Yol Polis Xidmətinin polis kapitanı X4 izahatında göstərmişdir ki, X3 xx.xx.2026-cı il tarixdə saat 20:00 radələrində idarə etdiyi Hyundai Sonata markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri Bakı prospektində “Mərkəzi dairə” istiqamətində hərəkətdə olan zaman, idarəetməni itirərək qarşı tərəf hərəkət zolağına çıxmış və hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Hyundai Sonata markalı 90- RK-997 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla da, Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 20 radələrində hərəkətə olarkən "Azpetrol" yanacaq doldurma məntəqəsinin önünə çatdığı zaman qardaşı Elşad avtomaşından enmək istəmişdir. O, qardaşı Elşadı avtomaşından endirərək özünə məxsus olan "Hyundai Sonata" markalı AZ **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməyə başlamışdır. Bakı prospektindən üzü “mərkəzi dairə" adlanan hissəyə doğru hərəkətdə olan zaman havanın yağışlı olması səbəbindən anidən idarəetməni itirərək yolun qarşı hərəkət zolağına çıxmış və qarşıdan gələn avtomaşınla toqquşmuş və avtomaşını sürüşərək yolun kənarında olan “BMW markalı avtmobilə çırpılmışdır. Qəza baş verdikdən dərhal sonra o avtomaşından enərək, avtomaşının ətrafında gəzməyə başlamışdır. Əvvəlcə həyəcanlı olduğu üçün nə baş verdiyini anlaya bilməmiş, lakin daha sonra digər avtomaşının sürücüsünün yanına getmiş və həmin sürücünün səhhəti ilə maraqlanmışdır. Bundan sonra hadisə yerinə ətrafdan insanlar toplaşmış və poliş əməkdaşları hadisə baş verən əraziyə gələrək hadisə yerinə baxış keçirmişlər. Daha sonra o, rayon polis şöbəsinə gələrək baş vermiş hadisə barəsində izahat yazmışdır. Hadisə baş verən zaman o avtomaşında tək olmuş və o, hadisə nəticəsində heç bir xəsarət almamışdır. Hadisə vaxtı təxminən 50-55 km/saat sürətlə hərəkətdə olmuşdur. Törətdiyi əməldən peşmandır və bir daha belə əməl törətməyəcək. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, onun özünə məxsus Hyundai Sonata markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, Bakı prospekti ilə hərəkətdə olarkən üzərinə qara rəngli Hyundai Sonata markalı avtomobilin gəldiyini görüb, yolun hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə keçmişdir. Lakin qarşıdan gələn avtmobilin surəti yüksək olduğundan o, qəzadan yayına bilməmişdir. Qarşıdan gələn avtomobil onun avtomobilinin sağ ön hissəsinə çırpılmışdır. Toqquşmanın təsirindən onun avtomobilinin hava yastıqları açılaraq zərblə onun sifət nahiyəsinə dəymişdir. Bu zaman o, bir anlıq özünü itirsə də, daha sonra avtomobilinin qapısını açıb yerə düşmüşdür. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Bundan sonra o, Xaçmaz MRX-yə getmiş, orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Hadisə zamanı o avtomobildə tək olmuşdur. - xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. - Xaçmaz rayon 1 saylı Texniki Xidmət Stansiyasının 16 yanvar 2026-cı il tarixli ziyan aktı ilə müəyyən edilmidir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs 6.988 manat məbləğində ziyan dəymişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallarla öz təsdiqini tapır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tənbeh təyin edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1978-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №3(5-126)-280/2026
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-280/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver