Məhkəmə qərarları › İş №3(5-126)-282/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-282/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-282/2026 27.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərarından şikayət verilən Baş X11 İdarəsinin İİ X12 xidməti inspektoru Nümayəndə iştirakı ilə, X2 barəsində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X3 məhkəməyə müraciət edərək, Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində X9 əməkdaşı, İİ Tağım YPX inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixli TP7676102 saylı qərar tərtib olunmuşdur. Həmin qərara əsasən o, əsassız olaraq 400 manat cərimə olunmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə dostları ilə birlikdə R-1, Gəndob-Xaçmaz- Yalama yolu, 43-cü km-liyindən keçərkən Nümayəndə mülkiyyətində olan “X6”, 99HV035 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə saxla əmri verərək, sənədlərinə baxış keçirmiş və əsassız olaraq nəqliyyat vasitəsini hüququ olmadan idarə etdiyini bildirmişdir. Hesab edir ki, həmin qərar həm əsassız, həm də qanunsuzdur. Buna görə də, həmin vaxt “102” və “902” Qaynar xəttinə zəng edib şikayətini bildirmişdir. Nəqliyyat vasitəsinə saxla əmri veriləndə o, nəqliyyat vasitəsinin ön sağ qapısını açıb düşmüş, nəqliyyat vasitəsini isə dostu Şahid idarə edirdi. Arxa oturacaqda isə dostu X4 əyləşmişdi. Maşını polis əməkdaşı saxladığı üçün xanım sürücü maşından düşməsin deyə o, düşmüş və sənədləri əməkdaşa təqdim etmişdir. O, isə sənədlərə baxıb əsassız olaraq bildirdi ki, hüququ olmadığına baxmayarq nəqliyyat vasitəsini o, idarə edirdi. Sonra ondan rüşvət istəmiş, o, isə verməmişdir və 102 qaynar xəttə zəng edib şikayət etmişdir. Buna baxmayaraq yenə də əsassız olaraq, o, İXM-nin 332.3-cü maddəsinə əsasən 400 manat cərimə olundu. Hesab edir ki, inzibati xəta olmadığına görə inzibati məsuliyyət də yoxdur. Belə olan halda həmin qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əvvəlki məhkəmə iclasında X3 izahatında göstərmişdir ki, X11 əməkdaşı, İİ Tağım YPX inspektoru Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP7676102 saylı əsassız qərarla o, 400 manat cərimə olunmuşdur. Belə ki, həmin gün o yoldaşı Şahid ilə birlikdə özünə məxsus “X7”, 99HV035 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhərindən Xaçmaz rayonuna gəlmişlər. Sürücülük hüququ məhdudlaşdırılmış olduğundan avtomobili yolda Şahid özü idarə etmişdir. Hava artıq qaralmışdı, avtomobilin işıqları yanılı idi. təxminən saat 19-19 radələrində Xaçmaz rayonu ərazisində YPX əməkdaşı onları saxlamışdır. O avtomobildən düşüb özü YPX əməkdaşına yaxınlaşmışdır. YPX əməkdaşı onun nə üçün sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etdiyini soruşduqdan sonra aralarında mübahisə yaranmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə iş yoldaşı və nişanlısı olan Xəyal Əliyevə məxsus “X7”, 99HV035 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhərindən Xaçmaz rayonuna getmişlər. Xəyal müəllimin sürücülük hüququ məhdudlaşdırılmış olduğundan avtomobili yolda özü idarə etmiş, günün işıqlı vaxtı, təxminən saat 16-17 radələrində Xaçmaz rayonu ərazisində YPX əməkdaşı onları saxlamışdır. Xəyal Əliyev tərəfindən həmin avtomobili idarə etmək üçün onun adına etibarnaməsi olmayıb, avtomobil sahibi avtomobildə olduğu üçün avtomobili idarə etmişdir. Məhkəmə iclasında İİ X12 xidməti inspektoru Nümayəndə izahatında bildirmişdir ki, X3 barəsində xx.xx.2025-ci il tarixli TP7676102 saylı qərar tərtib olunaraq 400 manat cərimə olunmuşdur. Belə ki, onun nəqliyyat vasitəsini hüququ olmadan idarə etdiyi müəyyən edilmişdir. X3 öz mənafeyinə görə hadisəni başqa cür təsvir edib şikayət etmişdir. Belə ki, xidmətdə olarkən sürücülük hüququ məhdudlaşdırılmış X2 “X7”, 99HV035 dövlət nömrə nişanlı avtomobilli idarə etdiyi barədə efir vasitəsi ilə ona məlumat verilərək avtomobilin saxlanılması tapşırılmışdır. Bundan sonra o, qeyd olunan avtomobilin Qəndob-Xaçmaz- Yalama yolunun 43-cü kilometrliyində saat 16:41 radələrində qarsıdan gəlib onun yanından keçdiyini, avtomobilin qadın deyil, məhz kişi sürücü tərəfindən idarə olunduğunu aydın şəkildə özü görüb avtomobili saxlamaq üçün hərəkətə keçmiş, bu zaman “Hyundai Grandeur” avtomobili yoldan kənara çıxıb saxlamış, lakin sükan arxasına qadın Şahid keçmişdir. Xəyal Əliyev ona yaxınlaşdıqda qayda pozuntusunu ona izah etmiş, sürücü Xəyal Əliyev aqressivlik etməklə yanaşı törətdiyi xətanı faktiki etiraf edib sürücülük hüququ olmadan avtomobili idarə etdiyini və bundan sonra da bu cür sürəcəyini bildirmişdir. X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. - İİ X12 xidmətinin inspektoru Nümayəndə qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP7676102 saylı qərarından müəyyən olunur ki, X3 Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsinin tələblərini pozduğuna görə 400 manat inzibati cərimə edilmişdir. Məhkəmə baxışında İİ X12 xidmətinin inspektoru Nümayəndə tərəfindən təqdim olunmuş videofayla baxış keçirilərkən X2 İİ X12 xidmətinin inspektoru Nümayəndə ilə inzibati xətanın törədilməsindən bilavasitə sonra danışarkən sürücülük hüququ olmadan avtomobili idarə etdiyi və bundan sonra da bu cür sürəcəyi haqda bildirməsi müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İİ X12 xidmətinin xx.xx.2025-ci il tarixli TP7676102 saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, qərardan şikayət vermiş şəxsin şikayət ərizəsində və məhkəmə iclasında göstərdiyi xüsusatlar, həmçinin işin nəticəsində birbaşa maraqlı olan şahid kimi izahat vermiş qərardan şikayət verən şəxsin nişanlısı Şahid göstərdikləri məsuliyyətdən yayınmaq üçün özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarından müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X2 Baş X11 İdarəsinin İİ X12 Xidməti inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayət təmin edilməsin. Baş X11 İdarəsinin İİ X12 Xidməti inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar