Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(5-126)-287/2026 19.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, X3 barəsində qəbul olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ_32691390 nömrəli qərarından şikayət vermə müddətinin bərpasına dair ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizə vermiş şəxs X3 məhkəməyə ərizə ilə müraciət edərək barəsində qəbul olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ_32691390 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda X3 həmin elektron qərardan şikayət vermə müddətini ötürdüyü üçün xx.xx.2026-cı il tarixdə şikayətvermə müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə şikayət vermək üçün üzrlü səbəblər nəticəsində buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə ərizə vermiş şəxsə və qərarından şikayət verilmiş orqana buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, vəsatət vermiş şəxs və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Daha sonra ərizə vermiş şəxs xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək həmin elektron qərara əsasən barəsində təyin edilmiş cəriməni ödədiyi üçün məhkəməyə verdiyi prosessual müddətin bərpasına dair ərizəsinin və şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 şikayət verməsi üçün əsaslar aradan qalxdığından, bu barədə özü tərəfindən məhkəməyə ərizə təqdim edildiyindən onun buraxılmış müddətin bərpası barədə ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ərizə və şikayətin, ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə müraciət olunduğundan, müddət bərpası barədə ərizəyə baxılmasına zərurət olmadığı üçün inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ_32691390 nömrəli elektron qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatət və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməsin və X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nərmin Ağazadə
Məhkəmə qərarları › İş №3(5-126)-287/2026
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(5-126)-287/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver