Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-288/2026 23.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, X2 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32223453 saylı qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 yazılı şikayətlə məhkəməyə müraciət edərək, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32223453 saylı qərarından şiayət verilməsi müddətiniun buraxılmasının üzrlü hesab etməklə, müddəti bərpa edib, qərardan şikayətini icraata götürərək araşdırılmasını xahiş etmişdir. Həmin qərardan X4 oğlu şikayət vermiş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsini də şikayətə əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025ci tarixli EQ 32223453 saylı qərarı ilə o, 50 manat inzibati cərimə edilmişdir. Qanunda nəzərdə tutulmuş müddətdə inzibati qərardan şikayəti verə bilməmişdir. Belə ki, bu müddətdə qeyd edilən qərar ona rəsmi qaydada DİN Xaçmaz rayon DYPB-nin tərəfindən göndərilməmişdir. Hesab edir ki, rəsmi qaydada qərar ona təqdim olunmadığından buraxılmış müddət üzrlüdür. O, DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci tarixli EQ 32223453 saylı qərarını Xaçmaz rayon DYPB-nin xx.xx.2026-cı il tarixdə almışdır. Ona görədə qanunda nəzərdə tutulmuş şikayət vermə müddətini üzürlü səbəbdən buraxmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32223453 tarixli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(5-126)-288/2026
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-288/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver