Məhkəmə qərarları › İş №3(5-126)-306/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-306/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-306/2026 27.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, şikayət vermiş şəxs X3 iştirakı ilə, X5 barəsində Bakı şəhər X8 İdarəsinin TP ******* saylı, xx.xx.2026-ci il tarixli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X5 məhkəməyə müraciət edərək, Bakı şəhər X8 İdarəsinin TP ******* saylı, xx.xx.2026-ci il tarixli protokolunu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan X9 markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomabili ilə hərəkət edərkən xx.xx.2026-ci il tarixdə Bakı şəhərində saat 14:30 radələrində Bakı şəhər X8 İdarəsi tərəfindən heç bir qanuni əsas olmadan onun barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 100 manat inzibati cərimə olunmuşdur. Lakin həmin maddədə göstərilən inzibati xətanın törədilməsi barədə ona heç bir sübut göstərilməmiş və o, həmin inzibati xətanı törətməmişdir. DYP-xidmətinin əməkdaşı xx.xx.2026-cı il tarixdə saat 14:30-radələrində Bakı şəhəri, Səbail rayonu, Q.Hacıbəyli və Puşkin küçələrinin kəsişməsində ona saxla əmri verərək, onun idarə etdiyi və şəxsi mülkiyyətində olan X9 markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu saxlamışlar. DYPX-nin əməkdaşı ona yaxınlaşaraq svetoforun qadağanedici işarəsi verildikdən sonra hərəkət etdiyini, yəni qırmızı işıqda keçdiyini və AR İXM-nin 327.2-ci maddəsi ilə onun barəsində inzibati protokol tərtib ediləcəyini bildirdi. O, ona bildirdi ki, bu protokol qanunsuzdur, o, heç bir inzibati xəta törətməmiş, svetoforun qırmız işıqında keçməmişdir. İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xatanın törədilməsi barədə videoçəkliş və ya hər hansı sübut varsa göstərin özü də görsün, ona göstərilən videoda onun qırmızı işıqda keçmədiyi aydın görünsə də ona qanunsuz protokol tərtib etdilər. Lakin o, etmədiyi inzibati xətaya görə qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin onun öz avtomabilində də video qeydiyyat cihazı var və hadisə zamanı çəkilmiş video görüntünü məhkəməyə sübut olaraq təqdim edəcək. Digər tərəfdən inzibati xətanın törədildiyini sübut etmək vəzifəsinin inzibati orqanın vəzifəsi olduğunu bildir. Lakin DYPX-nin əməkdaşı Yol patrul avtomabilində fasiləsiz videoçəkliş aparılmasına baxmayaraq söylədiklərinə heç bir məhəl qoymayaraq, heç bir sübuta əsaslanmadan günahsız olduğu halda onun barəsində qanunsuz olaraq AR İXM-nin 327.2-ci maddəsi ilə inzibatı protokol tərtib etdi. Məhkəmə iclasında ərizəsinə uyğun izahat vermiş X5 şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, şikayəti odur ki, yenidən baxlsın. O, işıqforun qırmızı işığını keçməyib. Qanunvericilikdə də var ki, stop xəttinə yaxın sarı işıq yandıqda saxlamaq omasa keçmək olar. Qəfil tormoz versəydi arzxadan gələn avtomaşınla toqquşacaq idi, bu protokol qanunsuzdur, o, heç bir inzibati xəta törətməmiş, svetoforun qırmızı işığında keçməmişdir. İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə videoçəkliş və ya hər hansı sübut varsa göstərin özü də görsün, ona göstərilən videoda onun qırmızı işıqda keçmədiyi aydın görünsə də, ona qanunsuz protokol tərtib etdilər. Lakin o, etmədiyi inzibati xətaya görə qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin onun öz avtomobilində də video qeydiyyat cihazı var və hadisə zamanı çəkilmiş video görüntünü məhkəməyə sübut olaraq təqdim edəcək. Digər tərəfdən inzibati xətanın törədildiyini sübut etmək vəzifəsinin inzibati orqanın vəzifəsi olduğunu bildir. Lakin DYPX-nin əməkdaşı Yol patrul avtomabilində fasiləsiz videoçəkliş aparılmasına baxmayaraq söylədiklərinə heç bir məhəl qoymayaraq, heç bir sübuta əsaslanmadan günahsız olduğu halda onun barəsində qanunsuz olaraq AR İXM-nin 327.2-ci maddəsi ilə inzibatı protokol tərtib etdi. Bakı şəhər X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçininin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər X8 İdarəsinin TP ******* saylı, xx.xx.2026-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Təqdim olunmuş videogörüntüyə keçirilmiş baxış nəticəsində xx.xx.2026-cı il tarixində X9 markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun qadağanedici işığında yolu keçdiyi müşahidə olunmuşur. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, X1 şikayəti əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Bakı şəhər X8 İdarəsi tərəfindən X5 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2026-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar