Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(5-126)-33/2026 14.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Ağazadə Nərmin Calal qızı, X3 tərəfindən inzibati xəta haqqında protokoldan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: X3 inzibati xəta haqqında protokoldan verilmiş şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində\tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokoldan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətdə inzibati xəta haqqında İXP ******* saylı protokol mübahisələndirmişdir, məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun mübahisələndirilməsi nəzərdə tutulmamışdır, şəxs həmin protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Həmçinin, qərardan şikayət verildikdə həmin qərarın əsli və ya surəti şikayətə əlavə edilməlidir. Lakin hazırkı şikayət yuxarıda qeyd olunanlara riayət edilmədən məhkəməyə verilmişdir Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən protokol əsasında qəbul edilmiş qərarın təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Protokolunvə ya qərarın mövcud olubolmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Beləliklə, inzibati xəta haqqında protokoldan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi inzibati xəta haqqında protokolun, inzibati tənbeh vermə haqqında qərarın təsdiq olunmuş surətini və buna aid sənədləri şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və İXM-nin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 inzibati xəta haqqında İXP ******* saylı protokoldan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla inzibati tənbeh vermə haqqında qərarın əsli və ya surətini əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərmin Ağazadə
Məhkəmə qərarları › İş №3(5-126)-33/2026
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(5-126)-33/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver