Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-330/2026 16.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Xaçmaz rayonu, Mürşüdoba kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Mürşüd-oba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Həmin “İnzibati xəta haqqında” protokoldan görünür ki, borclu Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1416/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 20736.5 manat borcu ödəməyərək icra məmurunun qanuni tələblərini Xaçmaz rayon İcra və probasiya şöbəsində yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1416/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 29183.5 manat pul alınaraq tələbkar X3, həmçinin 60 manat pul alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödəməlidir. Borclu Şəxs bu günə qədər tələbkarın xeyrinə 8507 manat məbləğində pul ödəmiş, ümumilikdə 20736.5 manat məbləğində borcu qalmışdır. Qeyd olunan icra sənədi ilə bağlı borclu iki dəfə inzibati məsuliyyətə cəlb edilmiş, borcun böyük bir qismini məsuliyyətə cəlb edildikdən sonra ödəmişdir. Sonuncu ödəniş 2026-cı ilin yanvar ayında 700 manat məbləğində edilmiş, oktyabr ayında isə 500 manat ödəniş etmişdir. Tələbkar belə ödənişlə razılaşmır. Sentyabr ayına kimi borcluya başqa şəxsin olan ödənişlərini depozitə yerləşdirilib, avqust ayında tələbkarın xeyrinə 1100 manat pul ödənilmişdir. Borclu icra sənədi üzrə borcundan 03 iyulda 500 manat, 24 iyulda 200 manat, 03 oktyabrda 500 manat ödəniş etmişdir. Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, günəmuzd işlərdə işləyir, himayəsində 1-ci qrup əlil övladı var. Qış aylarında hər ay 250-300 manat, yay aylarında 400-600 manat ödəniş edir. İnzibati məsuliyyətə cəlb olunandan sonra hər ay ödənişlər etmiş və ödənişləri etməkdən boyun qaçırmamışdır. O, 1-ci qrup əlil övladının olmasının nəzərə alınmasını və barəsində icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş sübutlar: - xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1416/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X4 16538,29 manat məbləğində əsas borc, həmin vəsaitin illik 5% məbləğində, yəni 552 manat əlavə pul, Şəxs 28043,5 manat məbləğində pul, həmin vəsaitin illik 5% məbləğində, yəni 935 manat əlavə pul və ödənilmiş dövlət rüsumu üzrə cavabdehin hər birindən 105 manat pul, həmçinin mediasiya xərci üzrə cavabdehin hər birindən 100 manat pul alınaraq X3 verilsin. Cavabdehlərin hər birindən 60 manat məbləğində pul ekspertiza tədqiqatlarının dəyəri kimi tutulsun. - İcra sənədinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1416/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - xx.xx.2026-cı il tarixli inzibati məsuliyyətinə cəlb olunması haqqında “Xəbərdarlıq” borcluya təqdim edilməsi üçün tərtib edilmişdir. - X1 Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, borclu Şəxs bu günə kimi ona 7807 manat ödəmişdir. Borclu inzibati məsuliyyətə cəlb edilsə də qalan borcunu ödəməkdən yayınır. Ona görə də borclu Şəxs yenidən inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. - Böyük icra məmuru tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1416/2022 saylı, 02 dekabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən X2 hesabına xx.xx.2024-cü il tarixdə 1218.79 manat, xx.xx.2025-ci il tarixdə 1032.78 manat, xx.xx.2025-ci il tarixdə 893.16 manat, xx.xx.2025-ci il tarixdə 446.58 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 1115.97 manat, xx.xx.2025-ci il tarixdə 500 manat və xx.xx.2026-cı il tarixdə 700 manat ödənişlər edilmişdir. - Borclu tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmiş övladının xəstəliyi ilə əlaqədar Tibbi-Sosial Ekspert Komissiyasına göndərişə əsas verən müayinə vərəqəsi və epiqrizdən müəyyən edilir ki, borclunun övladın X5 uşaq serebral iflici, sinir və nitqin intellektin geriliyi xəstəliyindən əziyyət çəkir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 3. Yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Maddə 12.1. Həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 53.1.2. İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Maddə 75. İnzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddə 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Maddə 114.2.1. Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Maddə 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Hazırkı inzibati xəta haqqında iş üzrə icraatın predmeti, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsi məsələsinin müəyyən edilməsindən ibarətdir. İXM-in 528.1-ci maddəsinin dispozisiyası, inzibati məsuliyyətin yaranması üçün iki fundamental şərtin mövcudluğunu tələb edir: icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi, yaxud icra məmurunun digər qanuni tələblərinin yerinə yetirilməməsi. Hər iki halda, əməlin hüquqi tərkibinin mövcudluğu üçün təqsir elementinin, xüsusilə də üzrsüz səbəbin olması zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrasıilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir və şəxs borcunun bir hissəsini ödəmişdir. Belə ki, böyük icra məmuru da borclunun ödənişdən yayınmaq niyyətinin olmadığını, günəmuzd çalışdığı üçün vaxtaşırı müəyyən məbləğlərdə pul ödədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən (xx.xx.2024-cü il tarixdə 1218.79 manat, xx.xx.2025-ci il tarixdə 1032.78 manat, xx.xx.2025-ci il tarixdə 893.16 manat, xx.xx.2025-ci il tarixdə 446.58 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 1115.97 manat, xx.xx.2025-ci il tarixdə 500 manat və xx.xx.2026-cı il tarixdə 700 manat) aydın olur ki, şəxs ödənişləri etməkdən yayınmamışdır, onun hərəkətində qərəzli yayınma halı yoxdur. Həmçinin şəxsin izahatından və təqdim etdiyi tibbi sənədlərdən də aydın olur ki, onun himayəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı var, onun müalicələri üçün də kifayət qədər xərc çəkir. Buna rəğmən ödənişləri etməkdən yayınmır. Məhkəmə hesab edir ki, borclu Şəxs borcundan müəyyən ödənişlər etməsi və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladının olması onun əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Bununla da, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi hallar hazırkı halda mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Ağazadə
Məhkəmə qərarları › İş №3(5-126)-330/2026
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-330/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver