Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-349/2026 18.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunu katibliyi, Xaçmaz rayon Polis Şöbəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Qusarçay kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xaçmaz Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2026-ci il tarixdə Qusarçay məktəbində ucadan nalayiq ifadələr işlətmiş, polisin tələbinə tabe olmamışdır. Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə Şəxs Xaçmaz rayonu, Qusarçay kənd məktəbinə gedərək müəllimlərə qarşı kobudluq etmiş, onlara hücum çəkmişdir. Bununla əlaqədar məktəbin direktoru şikayət ərizəsi ilə Xaçmaz RPŞ-nə müraciət etmiş, Şəxs izahatının alınması məqsədilə istifadəsində olan mobil nömrəsinə zəng edib Polis Şöbəsinə dəvət edən zaman o, gəlməyəcəyini bildirərək nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları vətəndaşın ünvanına gedərək onu Polis Şöbəsinə dəvət edərkən də, Şəxs nalayiq ifadələr işlətməyə davam etmişdir. Dəfələrlə nizam-intizama dəvət olunmasına baxmayaraq, polisin qanuni tələbinə tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, övladlarının təhsil aldığı orta məktəbdə varlı-kasıb uşaqlarına ayrı-seçkilik etdikləri üçün Qusarçay kənd məktəbinə gedərək etirazını bildirmişdir. Əməlindən peşmandır, səhv etmiş, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd olunanlara əsasən ailə vəziyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə polis əməkdaşlarına tabesizlik göstərmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 6.1. İnzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Maddə 12.1. İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Maddə 89.5 İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Maddə 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi şəxslərin izahatları və araşdırılmış digər sübutlarla tam sübuta yetirilir.. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması tərəflərin izahatları, məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, izahatlarlan da göründüyü kimi, Şəxs Qusarçay məktəbində ucadan nalayiq ifadələr işlətməsi ilə əlaqədar polis şöbəsinə gəlməklə bağlı polis əməkdaşlarının tələbini icra etməmiş, daha sonra tabesizlik göstərərək hərəkətlərinə davam edib, onlarla qeyrietik formada rəftar etmişdir. Məhkəmə iclasında izahat verən tərəflərin izahatları da ardıcıl olmaqla, bir-biri və iş materialları ilə uzlaşır. Məhkəmə, İXM-nin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli 17 fevral 2026-cı il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 428-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 17 fevral 2026-cı il tarixdən, saat 16:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nərmin Ağazadə
Məhkəmə qərarları › İş №3(5-126)-349/2026
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-349/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver