Məhkəmə qərarları › İş №3(5-126)-366/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-366/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-366/2026 27.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Qərardan şikayət verən şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X8 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin qərardan X8 şikayət vermiş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsini də şikayətə əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayon Məhkəməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekalogiya və X5 inzibati tənbeh vermə haqqında 15 sentyabr 2025-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 15 sentyabr 2025-ci il tarixli, MN № ******* sayh qərarını o, rəsmi qaydada almamışdır, ancaq Xaçmaz rayon İcra və Probasiya şöbəsindən, telefonuna xx.xx.2026-ci il tarixidə gələn mesaj vasitəsilə xəbəri olub və həmin tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsində olaraq işlə tanış olmuş və ona xx.xx.2026-cı il tarixli, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin adından çıxarılmış, inzibati tənbeh vermə haqqında 05299 saylı qərarın və həmin tarixli icraata başlamaq haqqında qərarların ksero surətini həmin tarixdə əldə etmişdir. Ona görə də, müddətin buraxılması səbəbi üzürlüdir və buna görə də məhkəmə tərəfindən MPM-nin 133-cü maddəsinə müvafiq olaraq müddət bərpa edilməlidir. Məhkəmə iclasında şikayət verən X3 nümayəndəsi və vəkili Nümayəndə ərizəsini müdafiə edərək müddətin bərpa olunmasını və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, müddəti ona görə ötürüb ki, qərar düzgün tərtib olunmayıb. İcarənin müddəti bitəndən sonra X8 obyekti işlətməyib. İcarəçi özü xaricdədir sadəcə VÖEN açıq qalıb. Ərizəçi qərarın mövcudluğu barədə yalnız İcra və Probasiya Şöbəsinə dəvət olunanda bilib. Ekologiya idarəsindən ona heç bir bildiriş gəlməyib. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, X3 iştirakı ilə onlar obyektdə monitorinq keçiriblər, nümunələr götürülüb. Nümunədə normadan kənarlaşma aşkarlanıb. Yazılan protokolu da X8 özü imza edib. Həmin tarixdə VÖEN-i aktiv olub, restoran da işləyirdi. İnzibati tənbeh haqqında xx.xx.2025-ci il tarixli qərarla vəzifəli şəxs X8 AR İXM-nin 233.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 2500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarın surəti poçt vasitəsilə X6 göndərilmiş, "xxxx"un veb-saytından əldə olunmuş elektron çıxarışın surətinə əsasən qərar alıcıya xx.xx.2025-ci il tarixində saat 15:35-də çatdırılmışdır. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli qərarına əsasən vəzifəli şəxs X8 AR İXM-nin 233.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 2500 manat məbləğində inzibati cərimə edilmişdir. - "xxxx" MMC-nin veb-saytından əldə olunmuş elektron çıxarışın surətinə əsasən müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında qərar alıcıya xx.xx.2025-ci il tarixdə saat 15:35-də çatdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X8 oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar