Məhkəmə qərarları › İş №3(5-126)-370/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-370/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-370/2026 02.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş şəxs Xaçmaz rayon Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə iştirakları ilə Xaçmaz rayon Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş TP_7757420 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş TP_7757420 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon DYP əməkdaşı Namik İmamov tərəfindən barəsində İXP ******* nömrəli inzibati xəta qeydi aparılmış və guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsi (100 manat - 3 bal) üzrə cərimə tətbiq edilmişdir. Bu cərimə tam qanunsuz, əsassız və özbaşınadır. Ona heç bir inzibati protokol təqdim edilməmiş, izahatı alınmamış, müdafiə hüququ təmin edilməmiş, hadisə yerində heç bir rəsmi sənəd tərtib olunmamışdır. Cərimə yalnız əməkdaşın şəxsi təşəbbüsü ilə bort kompüterə yazılmışdır. Guya “yol verməmişəm” iddiası irəli sürülmüşdür. Lakin bu iddianı təsdiq edən video sübut, foto, şahid və texniki qeydiyyat yoxdur. Yəni faktiki olaraq sıfır sübut mövcuddur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati məsuliyyət yalnız obyektiv və mötəbər sübutlar əsasında müəyyən edilə bilər. Polis əməkdaşının təkbaşına verdiyi qərar hüquqi əsas sayıla bilməz. Bu hallar açıq-aşkar vəzifə səlahiyyətlərindən sui-istifadə, prosessual normaların kobud pozulması və vətəndaşın konstitusion hüquqlarının tapdalanmasıdır. Bu cür qanunsuz hərəkətlər hüquqi dövlət prinsiplərinə ziddir və qəbulolunmazdır. Məhkəmə iclasında çıxış edən şikayət vermiş şəxs bildirdi ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, lakin ona xətaya dair videogörüntü təqdim olunmamışdır. Hesab edir ki, həmin protokol qanunsuz olaraq tərtib olunmuşdur. Ona bildirilmişdir ki, o, baş yoldan gələn avtomobilə yol verməmişdir. Həmin avtomobil uzaq məsafədə olduğu üçün gözləmədən yola çıxmış, həmin avtomobil üçün heç bir təhlükə yaratmamışdır. O, öz hərəkət istiqamətində “STOP” yol işarəsinin qarşısında dayanmış, sonra hərəkət etmişdir. Şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən qərarından şikayət verilmiş şəxs izahat verərək bildirdi ki, X6 şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman “STOP” yol nişanının tələbini pozaraq yolu keçmişdir. Yolun sağ tərəfindən “Baş yol” yol nişanı var, bu yolda hərəkətdə olan nəqliyyat vasitəsi üstünlüyə malik olan nəqliyyat vasitəsidir. Şəxs barəsində tərtib edilmiş qərarın ona verilməsini gözləmədən çıxıb getdiyi üçün təqdim edilməmişdir. O, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - xx.xx.2026-ci il tarixli, TP_7757420 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 “VAZ 21061” minik markalı, ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə olunmuşdur. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “VAZ 21061” minik markalı, ** BV *** dövlət nömrə nişanlı, 1997-ci il buraxılışlı, sedan tipli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən X3 adına qeydiyyatdadır. Əlavə olaraq məhkəmə iclas zalında iş materiallarında olan video diskə baxış keçirilən zaman görüntülərdə “VAZ 21061” markalı, ** BV *** dövlət nömrə nişanlı avtomobili “Giriş qadağandır” yol nişanının tələblərinə əməl etmədən – yəni baş yolda olan nəqliyyat vasitəsinə yol vermədən yola daxil olması müəyyən edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Maddə 128.2.3. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Maddə 134.1 və 134.1.4. Bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Maddə 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. İnzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. Tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. Bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Maddə 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, tərəflərin məhkəmə iclasındakı izahatlarını, iş materiallarına əlavə edilmiş sənədləri və müvafiq qanunvericiliyin normalarını hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edərək, şikayətin hüquqi və faktiki əsaslardan məhrum olduğu və təmin edilməməli olduğu qənaətinə gəlir. İşin hallarından müəyyən edilmişdir ki, X5 qanunvericiliyin tələblərini pozmuş, “VAZ 21061” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozduğuna görə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, onun barəsində müvafiq protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilərək şəxs inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Bu fakt şikayətçinin özü tərəfindən də etiraf olunur və iş materialları ilə tam təsdiqini tapır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı şikayət üzrə, yəni barəsində qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı sübutetmə yükü də məhz şikayətçinin üzərinə düşür. Şikayətçi tərəfindən isə şikayətini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı onun öz izahatı, iş materiallarına əlavə edilmiş sənədlər və qanunvericiliyin yuxarıda təhlil edilən normalarının məcmusu ilə təkzibedilməz şəkildə sübuta yetirilmişdir. Bu baxımdan Xaçmaz rayon Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş TP_7757420 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, şikayətçinin izahatlarında inzibati xətanın törədilməsi faktının etiraf olunduğunu, irəli sürülən dəlillərin isə məsuliyyətdən yayınmağa yönəldiyini və işin faktiki hallarını dəyişdirmədiyini müəyyən edir. Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Belə olan təqdirdə, şikayət təmin edilmədən, Xaçmaz rayon Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş TP_7757420 saylı, xx.xx.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Xaçmaz rayon Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş TP_7757420 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmadığına və həmçinin şikayətçi X5 tərəfindən əsaslı sübutlar göstərilmədiyindən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 Xaçmaz rayon Yol patrul xidməti inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş TP_7757420 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar