Məhkəmə qərarları › İş №3(5-126)-402/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-402/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-402/2026 25.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi X1, Zərər çəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X2 və onun müdafiəçisi X6 iştirakları ilə xx.xx.2008-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, M.F.Axundov küçəsi 29 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, xx.xx.2026-cı il tarixdə, saat 20:00 radələrində Xaçmaz rayonu, Çinartala kəndində yerləşən “Okean Store” mağazasından 1 ədəd 189 manat dəyərində “Chivas Reqal” markalı spirtli içkini oğurlamaqla xırda talama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXMnin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq protokol tərtib olunduğunu bildirmişdir. Məhkəmədə barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək özünü inzibati xətanı törətməkdə təqsirli bilərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 20:00 radələrində Xaçmaz rayonu Çinartala kəndində yerləşən “Okean Store” markalı mağazadan 1 ədəd 189 manat dəyərində “Chivas Reqal” markalı spirtli içkini oğurlamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. Məhkmədə izahat verən zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, Xaçmaz rayonu, Çinartala kəndində yerləşən “Okean Store” mağazasında nəzarətçi kimi işləyir. xx.xx.2026-cı il tarixində, saat 15 radələrində “Okean Store” mağazasında spirtli içkilərin olduğu bölmədə bir ədəd “Chivas Regal” markalı spirtli içkinin olmadığını aşkar etmiş. Həmin spirtli içkini yoxlayan zaman mağazada satılmadığını aşkar etmişlər. Sonradan onlara məlum oldu ki, həmin spirtli içki xx.xx.2026-cı il tarixində oğurlanmışdır. O, xx.xx.2026-cı il tarixində saat 15 radələrində DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Mağazanın yerləşdiyi ərazidə oğurluğa meyilli şəxs və ya şəxsləri tanımayıb. Oğurluq hadisəsi nəticəsində 189 manat məbləğində ziyan dəymişdir. Vurulmuş zərər öna ödənilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 20:00 radələrində Xaçmaz rayonu, Çinartala kəndində yerləşən “Okean Store” mağazasından 1 ədəd 189 manat dəyərində “Chivas Reqal” markalı spirtli içkini oğurlamaqla xırda talama inzibati xətasını törətmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd olunması qərara alınmış, material Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin iş materiallarında olan yazılı izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür AR İXM-nin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: xx.xx.2008-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Tənbeh tədbirinin əvvəli Şəxs həmin tənbehin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Şəxs üzərinə həmin işlərin (ictimai işlərin) yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar