Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(5-126)-462/2026 13.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Vəsatət vermiş şəxs X1 iştirakı ilə X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ_30395120 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatətə baxaraq müəyyən etdi: X3 tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ_30395120 saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsini protokolun ona rəsmi qaydada verilmədiyi üçün üzürlü hesab edərək bərpa edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ_30395120 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət və şikayətin verilmə müddətinin bərpasına dair vəsatəti xx.xx.2026-cı il tarixdə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş orqana işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən vəsatət vermiş şəxs izahat verərək bildirmişdir ki, sözügedən qərarı hansı tarixdə alması barəsində hər hansı bir sübutu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ_30395120 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “VAZ 21063” minik markalı, ** BP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Xaçmaz rayon, Krasnı Xutor kənd sakini X3 tərəfindən mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən barəsində EQ_30395120 nömrəli protokol tərtib olunaraq 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-ci maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, X3 tərəfindən verilmiş vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir. X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ_30395120 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilməmişdir. Çünki vəsatət vermiş şəxs tərəfindən həmin halla əlaqədar məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən müddətin buraxılması səbəbləri üzürlü hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən şikayət müddət keçməklə verilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X2 məxsus olan ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin istifadəçisi X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ_30395120 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ_30395120 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə verilmiş vəsatəti təmin edilməsin. Qərardadın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Ağazadə
Məhkəmə qərarları › İş №3(5-126)-462/2026
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(5-126)-462/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver