Azərbaycan Respublikası adından Qərardad Xaçmaz şəhəri İş № 3(5-126)-466/2026 13.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSI Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ## ######## 2025-ci il tarixli, EQ seriyalı ******** saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ## ######## 2025-ci il tarixli, EQ seriyalı ******** saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət üzrə buraxılmış prosessual müddətin bərpa edilməsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ## ######## 2025-ci il tarixli, EQ seriyalı ******** saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərarın nə vaxt onun tərəfindən rəsmi qaydada alındığını təsdiq edən hər hansı sənədin onda olmadığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən qərardan şikayət vermiş şəxsin izahataını dinləyərək və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə rədd olunmalı və buraxılmış prosessual müddət bərpa olunmamalıdır. Belə ki, məhkəmə prosesi zamanı Qərardan şikayət verən orqan (şəxs) prosessual müddətin bərpa edilməsi ilə bağlı qərarı nə vaxt əldə etməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cərimə olunması ilə bağlı məlumatlı olduğu gündən 20 gün müddətində Qərardan şikayət verən orqan (şəxs) qeyd olunan qəradan razı olmayaraq şikayət vermək hüququnun olmasına baxmayaraq o, qanun üzrə ona müəyyən olunmuş vaxtda şikayət vermədiyindən, qərar qanuni qüvvəsini almışdır. Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) qərardan şikayət vermək üçün müddətin üzrlü səbəblərə görə buraxmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 130.3-cu maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ## ######## 2025-ci il tarixli, EQ seriyalı ******** saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. Qərardaddan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(5-126)-466/2026
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(5-126)-466/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver