Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-517/2026 12.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Xaçmaz rayonu, Çinartala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, Xaçmaz rayonu, Çinartala kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-901/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-901/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu 39708,5 manat pul vəsaitini tələbkara ödəməyərək icra məmurunun qanuni tələbini icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin qərarına əsasən Şəxs 39500 manat məbləğində pul və 208,5 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 39708,5 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Borclu bu günə qədər icra sənədi üzrə borcundan heç bir ödəniş etməmiş, izahatında bildirmişdir ki, borcundan ödəniş etməyəcəkdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Həmçinin borclu şikayət vermə müddətinin bərpa olunması barədə xx.xx.2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət vermiş, şikayəti təmin edilməmişdir. Borclunun bildirdiyinə görə yenidən apellyasiya məhkəməsinə müraciət etmiş, lakin müraciətinin nəticəsi barədə heç bir məlumatı olmamışdır. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə başqa bir işlə bağlı tutulduğu üçün Sumqayıt Kommersiya Məhkəməsinin qərarından şikayət edə bilməmişdir. xx.xx.2026-cı ildə müddət bərpa barədə vəsatət vermiş, vəsatəti də təmin edilməmişdir. O, həmin qərardan apellyasiya şikayəti vermişdir, hələ də apellyasiya məhkəməsindən məsələ ilə bağlı hər hansı məlumat yoxdur. Həmçinin borcu qəbul etmir, zərərçəkmiş şəxsə borcum yoxdur. O, barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs borcundan heç bir ödəniş etməmişdir. O, inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. - Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-901/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 39500 manat məbləğində pul və 208,5 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 39708,5 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixli icra vərəqinin icraya yönəldilməsini təsdiq edən «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-901/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - Şəxs xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixli “Xəbərdarlıq” məktubları təqdim olunmuşdur. - Xaçmaz rayon X2 rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubun surətindən müəyyən edilir ki, Xaçmaz RPŞ-nin icraatında olan 780384 nömrəli axtarış işi üzrə elan olunmuş Şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə xx.xx.2026-cı il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərmin Ağazadə
Məhkəmə qərarları › İş №3(5-126)-517/2026
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-517/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver