Məhkəmə qərarları › İş №3(5-126)-541/2026

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(5-126)-541/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(5-126)-541/2026 17.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Ağazadə Nərmin Calal qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 02 fevral 2026-cı il tarixli, EQ_33627441 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarından verdiyi şikayəti nəzərdən keçirərək müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 02 fevral 2026-cı il tarixli, EQ_33627441 saylı elektron qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxs tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 02 fevral 2026-cı il tarixli, EQ_33627441 saylı elektron qərarını hansı tarixdə aldığı barədə hər hansı sənəd şikayətə əlavə edilməmiş, bununla da qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülüb-ötürülmədiyini müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə xx.xx.2026-cı il tarixli, EQ_33627441 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə həmin qərarın şikayətçi tərəfindən hansı tarixdə alınması barədə hər hansı sənəd əlavə edilmədiyindən, həmçinin həmin qərardan şikayətvermə müddəti keçdiyi halda buraxılmış müddətin bərpası barədə vəsatətin olmadığı nəzərə alınaraq, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ_33627441 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar