Məhkəmə qərarları › İş №3(5-126)-6/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-6/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-6/2026 15.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, Xaçmaz şəhəri, Vağzal küçəsi 22-də, saat 17 radələrində satılması qadağan olunmuş pirotexniki vasitələr satmışdır. Buna görə də, Xaçmaz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində inzibati xəta törədilməsi haqqında 28 dekabr 2025-ci il tarixli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Xaçmaz RPŞ məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmalarına baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Xaçmaz rayon X12 Patrul Xidməti Bölüyünün polis serjantı İsmayıl Səfərəliyevin 25 dekabr 2025-ci il tarixli raportundan görünür ki, o, həmin tarixdə polis nəfərləri Asif Əliyev və Mövsümbəy Mirzəyev ilə birlikdə Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində xidmət aparan zaman 3 nəfər şəxsin yol kənarında dayandığını, 1 nəfərin əlində ağ rəngli sellofan paketin içərisində pirotexniki vasitələrə bənzəyən əşyaların olmasını görərək onlara yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxslərdən özlərini təqdim etmələrini və pirotexniki vasitələri nə məqsədlə əlində gəzdirdiklərini soruşduqda əlində ağ rəngli sellofan paket olan şəxsin həmin pirotexniki vasitəni satmaq məqdəsilə gətirdiyini bildirdi və yanında olan digər şəxsin isə onun qardaşı olduğunu, bir yerdə gəldiklərini bildirdi, bundan başqa 3-cü şəxsin isə həmin pirotexniki vasitəni almaq istədiyini bildirmişdir. Onlar pirotexniki vasitəni satmaq məqsədi ilə gətirmiş şəxsi və onun qardaşı kimi özünü təqdim edən şəxsi Xaçmaz RPŞ-nə dəvət etdik və RPŞ-nin növbətçi hissəsində həmin şəxslərin Xaçmaz rayonu Qaraqurdlu kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.2009-cu il təvəllüdlü X7 və X9 olduqları məlum olmuşdur. Bundan başqa, iş materialarında olan 25 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1, Şəxs, qanuni nümayəndəsi X5 iştirakı ilə Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 tərəfindən videoçəkiliş aparılaraq həyata keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, əynində ağ-qara rəngli köynək olan, qara rəngli dəri görəkçə və qara rəngli şalvar geyinmiş xx.xx.2008-ci il təvəllüdlü, Xaçmaz şəhəri Vağzal küçəsi ev 22-də yaşayan Şəxs əlində ağ rəngli torba vardır. Həmin torbanın içərisinə baxdıqda 6 ədəd üzərində “Roman Candle” yazısı olan uzun boru formasında karton örtüklü əşya vardır. Bundan başqa, 17 ədəd nazik, üzərində “Magic Candle” yazısı olan göy rəngli, karton örtüklü boru formasında əşya vardır. Şəxs həmin əşyaların nə olduğunu soruşduqda onların fişəng olduqlarını bildirdi. Daha sonra torbaya baxdıqda 3 ədəd qutunun, 2 dənəsi bağlı, 1 ədədi isə açıq formada olan, bağlı qutulardan 1-i və açıq olan qutunun üzərində “Petards” yazısı, bağlı olan 1 ədəd qutunun üzərində isə “Корсар 1” yazısı vardır. Açıq olan qutunun içərisidinə 9 ədəd kiçik qutular, üzərilərində “Petards” yazısı vardır. Həmin qutuların içərisinə hər birində 60 ədəd kiçik ölçülü, təxminən 3.5 sm ölçüdə tünd rəngli boru formasında, uc hissəsində qırmızı fitil olan əşya vardır. Böyük Petards yazısı olan qutunun içərisində 10 ədəd olması üzərində qeyd olunur. Şəxs həmin əşyaların partlayıcı vasitə olduğunu bildirir. Torbada ümumulikdə 29 ədəd olmaqla, hər birində 60 ədəd, cəmi 1740 ədəd partlayıcı aşkar olunur. Hər bir aşkarlanmış əşyalar qablaşdırılaraq möhürlənir və imzalarla təsdiq olumuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində, inzibati xətanın bilavasitə obyekti olmuş 6 ədəd fişəng və 2 ədəd bağlı, 1 ədəd açıq formada böyük qutularda olan, 29 ədəd kiçik ölçülü qutunun içərisində 1740 ədəd pirotexniki partlayıcı vasitələr müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar