Məhkəmə qərarları › İş №3(5-126)-65/2026

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(5-126)-65/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(5-126)-65/2026 30.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs Hüseynov Mirzağa Hicran oğlunun iştirakı ilə, Hüseynov Mirzağa Hicran oğlunun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarından buraxılmış prosessual müddətin bərpa edilməsinə dar ərizəsinə baxarkən müəyyənetdi: Hüseynov Mirzağa Hicran oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarı əsasında AR İXM-nin 271-ci maddəsi ilə 3200 manat cərimə olunmuş və qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddəti buraxmışdır. Məhkəmə iclası zamanı Hüseynov Mirzağa Hicran oğlu izahat verərək bildirmişdir ki, özü Sumqayıt şəhərində qeydiyyatdadır və orada yaşayır, şikayətinə də Sumqayıt şəhərində baxılmasını istəyir. Hətta vəkili müddətin bərpa edilməsinə dair vəsatətini də Sumqayıt şəhər məhkəməsinə ünvanlamışdır. Texniki səhv ucbatından şikayəti Xaçmaza göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarından göründüyü kimi, Hüseynov Mirzağa Hicran oğlu inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması üçün vəsatətlə Sumqayıt şəhər məhkəməsinə müraciət etsə də, işi səhvən Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Belə olan halda, məhkəmə hesab edir ki, Hüseynov Mirzağa Hicran oğlunun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarından şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə Sumqayıt şəhər məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerdə baxılmalı olduğundan inzibati xəta haqqında material aidiyyatı üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110,112, 118 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüseynov Mirzağa Hicran oğlunun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarından buraxılmış prosessual müddətin bərpa edilməsinə dar ərizəsi əsasında toplanmış 3(5-126)-65/2026 saylı inzibati xəta haqqında iş baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar