Məhkəmə qərarları › İş №3(5-126)-85/2026

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(5-126)-85/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(5-126)-85/2026 19.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Ağazadə Nərmin Calal qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallarını baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP_7654045 saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola görə Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli EQ 29848015 saylı qərar qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cərimə pulunu ödəməmişdir. Məhkəməyə daxil olmuş protokol üzrə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, “Asan pay” ödəniş portalından əldə edilmiş çıxarışa əsasən xx.xx.2025-ci il tarixli EQ 29848015 saylı qərara görə tətbiq edilmiş cərimə və ona hesablanmış dəbbə pulu Şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.2-cı maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmamasını həll edir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Hazırkı işlə bağlı məhkəmə tərəfindən qərar qəbul edilənədək Şəxs tərəfindən müvafiq cərimə və dəbbə pulu ödənildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə icraatını rədd edən halların mövcudluğunu nəzərə alaraq hazırki iş üzrə icraata hazırlıq mərhələsində xitam verilməlidir. Qeyd olunanları, İXM-in 40, 43, 53, 106, 109, 114, 115, 128-130-cu maddələri və 529-cu maddəsinin “Qeyd” hissəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar