Məhkəmə qərarları › İş №3(5-127)-10/2026

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(5-127)-10/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(5-127)-10/2026 03.02.2026 Xankəndi Şəhər Məhkəməsinin hakimi Niyazova Səkinə Mirzə qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs - Xankəndi Şəhər Polis X1 Bölməsinin polis sahə rəisi X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.2002-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olur, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olan və Xocallı rayonu Xanyurdu kəndində yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xankəndi Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 01:50 radələrində Xankəndi şəhəri “Spar” marketin yanında ucadan ünvansız nalayıq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Xankəndi ŞPŞ-nin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X7 bildirmişdir ki, ŞPŞ-nin əməkdaşları ərazidə xidmətdə olduqları zaman xx.xx.2026-cı il tarixdə saat 01:30 radələrində Xankəndi şəhərində “Baba ocağı” kafesinin arxasında və hazırda fəaliyyət göstərməyən “Spar” marketin yanında yerləşən iki mərtəbəli yaşayış binasının mənzillərinin birindən səs-küy gəldiyini eşitmişlər. Ona görədə həmin ünvana yaxınlaşaraq mənzildə olan şəxsləri nizamintizama dəvət etmişlər, lakin onlar polisin qanuni tələblərinə məhəl qoymamışlar, ucadan ünvanlı ünvansız küçə söyüşləri işlətmişlər. Həmçinin həmin şəxslərin spirtli içkinin təsiri altında olduqları müəyyən edilmişdir. Mənzildə olan 5 nəfərdən biri olan Şəxs Niyammədin oğlu da ona edilən xəbərdalığa baxmayaraq ucadan ünvanlı ünvansız nalayiq ifadələr işlətmişdir. Polis şöbəsinə getməsi təklif olunduqda isə bundan imtina etmişdir. Ona görə də, Şəxs barəsində qanuni tənbehin seçilməsi üçün qərardad məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, birlikdə yeyib içən zaman polis əməkdaşı gəlib onlara səs-küy saldıqlarını və sakitçiliyə riayət edilməsini bildirmişdir. Spirtli içki qəbul etsədə, hadisəni xatırlayır və heç bir nalayiq söz işlətməmişdir. Əməlindən peşimandır və bir daha belə hallara yol verməyəcəkdir. Şəxs sonda barəsində inzibаti cərimə tənbehi tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri-sürücüsü X4 ifadəsində göstərmişdir ki, xidmətdə olduğu zaman xx.xx.2026-cı il tarixdə saat 01:30 radələrində Xankəndi şəhərində “Baba ocağı” kafesinin arxasında və köhnə “Spar” marketin yanında yerləşən iki mərtəbəli yaşayış binasının mənzillərinin birindən səs-küy gəldiyini eşitmişdir. İlk vaxtı sesleri tam eşidə bilməsədə, mənzilə yaxınlaşdığı zaman nalayiq ifadələrin işlədilməsini və bundan qonşuların narahat olduğunu görümüşdür. Həmin binanın ikinci mərtəbəsinə qalxmış və qapını döymüş, lakin qapı açılan zaman heç sözünü deyib bitirmədən nalayiq ifadələr deyildiyini eşitmişdir. Nizam-intizama dəvət etsədə, buna məhəl qoymamışlar və ucadan nalayiq ifadələrlə ünvanlı ünvansız sözlər demişlər. Şəxs polisə qarşı nalayiq ifadələr işlətməsədə, qonşulara və umumilikdə digər şəxslərə qarşı nalayiq ifadələr demişdir. Ona görə də Şəxs çağırışa gələn polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri-sürücüsü X5 ifadəsində göstərmişdir ki, xidmətdə olduğu zaman xx.xx.2026-cı il tarixdə saat 01:30 radələrində Xankəndi şəhərində “Baba ocağı” kafesinin arxasında və köhnə “Spar” marketin yanında yerləşən iki mərtəbəli yaşayış binasının mənzillərinin birindən səs-küy gəldiyinə görə yuxarı qalxmışlar. Mənzilin sahibi qapını açmış və orada olan şəxslər, eləcədə Şəxs nalayiq sözlər işlətdiyini eşidib onları nizam intizama dəvət etmişlər. Buna baxmayaraq onlar hərəkətlərinə davam etmiş və buna görədə polis şöbəsinə getirilmişlər. Həm mənzildə olan zaman həmdə aşağıda binanin yanında Şəxs nalayiq ifadələrini işlətməyə davam etmiş və şöbəyə gətməkdən imtina etmişdir. Aşağıda onlardan biri özünə “rezak”la xəsarət yetirmək istədiyi zaman Şəxs onun yanında olmuşdur. Beləliklə barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri iş mаteriаllarına əlаvə edilmiş “İnzibati xəta haqqında” xx.xx.2026-cı il tarixli MN ******* nömrəli Protokolu, eləcədə məhkəməyə təqdim olunmuş və iclasda tərəflərin iştirakı ilə baxış keçirilmiş DVD diskdə olan video görüntülər və şahid ifadələri ilə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında şahidlər X4 və X3 verdiyi ifadələrə əsasən bir nəcə şəxs, onlarda biri Şəxs olmaqla xx.xx.2026-cı il tarixdə saat 01:30 radələrində Xankəndi şəhərində “Baba ocağı” kafesinin arxasında və hazırda fəaliyyət göstərməyən “Spar” marketin yanında yerləşən iki mərtəbəli yaşayış binasının mənzilində nalayiq ifadələr işlədərək səs-küy salmışlar. Buna görədə polis əməkdaşları mənzilə qalxaraq onları nizam intizama dəvət etmişlər, lakin onlar buna məhəl qoymamışlar. Şəxs da ucadan ünvanlı ünvansız nalayiq ifadələr işlətmiş və bununlada yaşayış binasında olan şəxslərə, eləcədə orda olan insanlara qarşı hörmətsizlik etmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş DVD diskdə olan görüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, polis əməkdaşları mənzildə olan 5 nəfərə sakitçiliyə riayət olunmasını və nalayiq ifadələr deməmələrini bildirirlər, lakin onlar buna məhər qoymayaraq nalayiq ifadələr işlətməyə və səs-küy salmağa davam edirlər. Eləcədə həmin 5 nəfərdən biri özünə xəsarət yetirəcəyi barədə polis əməkdaşlarını hədələdiyi zaman Şəxs onun yanında olmuş və bununla da polis əməkdaşlarının tələblərinə tabe olmamışlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 510.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləki, Şəxs digər dostları ilə birlikdə xx.xx.2026-cı il tarixdə saat 01:30 radələrində Xankəndi şəhərində “Baba ocağı” kafesinin arxasında və hazırda fəaliyyət göstərməyən “Spar” marketin yanında yerləşən iki mərtəbəli yaşayış binasının mənzillərinin birindən səsküy salaraq və ünvanlı ünvansız nalayiq ifadələr deyərək orada yaşayan sakinlərin dincliyini nümayişkaranə şəkildə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik etmiş və ictimai qaydanı qərəzli olaraq pozmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Şəxs cəmiyyətə açıqca hörmətsizlik etmiş, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərmiş, eləcədə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərə yol vermişdir. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, inzibati xətaya görə inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məhsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələri) Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Eyni zamanda qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə də Şəxs səmimi peşmançılığını nəzərə alaraq məsuliyyətini yüngülləşdirən hall kimi nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Beləliklə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, məhsuliyyəti yüngülləşdirən halın olmasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 100 (bir yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab olunur. Belə ki, bаrəsində cərimə tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci mаddəsi ilə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Xocalı rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Səkinə Niyazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar