Məhkəmə qərarları › İş №3(5-127)-17/2026

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(5-127)-17/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(5-127)-17/2026 17.02.2026 Xankəndi Şəhər Məhkəməsinin hakimi Niyazova Səkinə Mirzə qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X7 Yanğın Nəzarəti İdarəsinin X11 şöbəsinin inspektoru, daxili xidmət kapitanı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Qarabağ Universitetinin Klinikası” X13 nümayəndəsi X1 iştirаkları ilə, “Qarabağ Universitetinin Klinikası” X13 (VÖEN-**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələblərinin pozulmasına dair Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X7 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən hüquqi şəxs “Qarabağ Universitetinin Klinikası” X16 (VÖEN: **********, hüquqi ünvanı: AZ 2600, Xankəndi şəhəri, Yusif Məmmədəliyev küçəsi) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, “Qarabağ Universitetinin Klinikası” X10 aparılan planlı yanğın təhlükəsizliyi müayinəsi zamanı YTQ № 01-2001 b.3.1, b.5.1-b.5.6 və b.6.1-ci bəndlərinin tələblərinin pozulduğu və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X7 Yanğın Nəzarəti İdarəsinin X11 şöbəsinin inspektoru, daxili xidmət kapitanı X5 izahatında bildirmişdir ki, 12 yanvar 2026-cı il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid dövlət reyestri idarələrarası informasiya sistemindən onlara Ədliyyə Nazirliyi tərəfindən planlı yanğın texniki müayinə aparılması ilə bağlı çıxarış verilmişdir. Çıxarışa əsasən həmin tarixdə Xankəndi şəhəri, Yusif Məmmədəliyev küçəsində yerləşən “Qarabağ Universitetinin Klinikası” X13 inzibati binasında planlı yoxlama keçirilmişdir. Yoxlama zamanı hüquqi şəxsin SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə mütəxəssisi X6 ilə birlikdə binanın bütün mərtəbələrinə baxış keçirmişlər və baxış zamanı elektrik qurğularının normativ sənədlərə uyğun istismar olunmadığı, təxliyyə planının tərtib edilmədiyi, ərazinin yanğın təhlükəsizliyi baxımından təmiz saxlanılmadığı və s. yanğın təhlükəsizliyi ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilərək aktlaşdırılmışdır. SƏTƏM mütəxəssisinin işə həmin gün başlamasını nəzərə alaraq “Qarabağ Universitetinin Klinikası” X16 barəsində Azərbaycan Respublikası İXMnin 518.1-ci madəsi ilə 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Hüquqi şəxsin barəsində qanuni tənbehin seçilməsini xahiş etmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Qarabağ Universitetinin Klinikası” X13 nümayəndəsi X3 izahatında bildirmişdir ki, inzibati xəta haqqında 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmiş nöqsanlar olmuşdur. Lakin “Qarabağ Universitetinin Klinikası” X16 xx.xx.2025-ci il tarixdə açılmış və hazırda 80 nəfər işləməkdədir. Klinika yeni açıldığına və bina balansa keçmədiyinə görə yanğın təhlükəsizliyi qaydalarına hələ tam olaraq əməl edilməmişdir. Binanın balansa keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən razılıq məkubu xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. Müvafiq dövlət orqanlarına müraciətlər olsa da, sənədləşmə işlərinin aparılması üçün müəyyən qədər zaman tələb olunur. Ona görə də onlardan aslı olmayan səbəblərdən yanğın təhlükəsizliyi ilə əlaqədar bəzi nöqsanlara yol verilmişdir. Həmçinin qaydalara əməl etməməkdə əsas səbəblərdən biri həmin vaxt obyektin onların balansında olmaması və yoxlama ilə bağlı 5 gün qabaqcadan bildirişin təqdim edilməməsidir. Odur ki, qərar çıxarılarkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, xx.xx.2026-cı il tarixdən “Qarabağ Universitetinin Klinikası” X10 SƏTƏM üzrə baş mütəxəssis işləyir. Klinikada yoxlama aparılan gün onun işə qəbul əmri verilmiş və işdəki ilk günü olmuşdur. Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X7 yanğın nəzarəti idarəsinin X11 şöbəsinin əməkdaşları ilə birlikdə klinikanın inzibati binasına baxış keçirmişlər. Binaya baxış keçirilərkən yanğın təhlükəsizliyi ilə bağlı bəzi nöqsanlar aşkar olunmuşdur. Ona görə də inzibati xəta haqqında protokol tərtib olunarkən o da protokola imza edərək nöqsanları qəbul etmişdir. Hazırda həmin nöqsanlar aradan qaldırılmış və yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər görülmüşdür. Beləliklə barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri iş mаteriаllarına əlаvə edilmiş sənədlər, eləcədə tərəflərin və zərərçəkmiş şəxs tərəfindən dəvət olunmuş şahid ifadələri ilə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X11 Xidmətinin X7 yanğın nəzarəti idarəsinin DYNŞ-nin inspektoru X5 tərəfindən xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək olan müddətdə “Qarabağ Universitetinin Klinikası” X10 planlı yoxlamanın aparılması barədə xx.xx.2025-ci il tarixli, 3-18-73/Q-2636/2025 nömrəli qərar qəbul olunmuşdur. Eləcə də sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 07 yanvar 2026-cı il tarixli, KY262475853 yoxlama kodlu çıxarışa əsasən qərarda göstərilən müddətlərdə “Qarabağ Universitetinin Klinikası” X10 planlı yanğın təhlükəsizliyi müayinəsi keçiriləcəyi barədə məlumat elektron sistemə yerləşdirilmişdir. xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X11 Xidməti X7 yanğın nəzarəti idarəsinin X11 şöbəsinin inspektoru, daxili xidmət kapitanı X5 “Qarabağ Universitetinin Klinikası” X13 SƏTƏM üzrə baş mütəxəssisi X6 ilə birlikdə hüquqi şəxsin binasının bütün mərtəbələrinə baxış keçirərək müayinə aparmış və yanğıntexniki müayinə aktı tərtib olunmuşdur. Həmin akta əsasən “Qarabağ Universitetinin Klinikası” X12 ərazisinin yanğın təhlükəsizliyi baxımından təmiz saxlanılmaması (YTQ 01- 2001 b3.1), təxliyyə planının tərtib edilməməsi (YTQ 01-2001 b2.5) və elektrik qurğularının normativ sənədlərə uyğun istismar olunmaması (YTQ 01-2001 b6.1) faktları aşkar edilmişdir. Ona görə də “Qarabağ Universitetinin Klinikası” X16 tərəfindən İXM-nin 518.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının 3.1-ci bəndinə əsasən yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün “köçürmə” planları işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır. Kütləvi insan (50 və ya çox) toplaşan obyektlərdə həmin obyekt rəhbəri tərəfindən köçürmə planına əlavə olaraq xidməti heyət üçün İnsanların yanğın yerindən köçürmə tədbirləri hazırlanmalıdır. Bu tədbirlər əsasında hər 6 ayda bir dəfədən az olmayaraq, bütün xidməti heyəti cəlb etməklə təcrübə məşğələ-təlimləri keçirilməlidir. Gecə vaxtı insanlar olan obyektlər (uşaq bağçaları, internat tipli ümumi təhsil müəssisələri, xəstəxanalar və sair) üçün köçürülmə təlimatı iki variantda hazırlanmalıdır: “gündüz” və “gecə” vaxtı. Həmin Qaydaların 5.1-5.6-cı bəndlərinə əsasən köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır; Köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Adamlar otaqlarda olan vaxtı qapılar daxildən yalnız tez açılan cəftə ilə bağlanıla bilər; Köçürmə çıxışlarında aşağıdakılar qadağan olunur: köçürmə yollarında ( 5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi; keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması; tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması; köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıbendirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması; pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fiksasiya) etmək və ya çıxartmaq. Otaqlarda texnoloji, sərgi və digər avadanlıqların yerini dəyişdikdə pilləkən qəfəslərində köçürmə keçidləri və digər köçürmə yolları, layihə normalarına uyğun olmalıdır. Kütləvi insan toplaşan binalarda elektirik enerjisinin kəsilməsi hallarını nəzərə alaraq, xidməti heyət elektirik işıqlandırıcıları ilə təmin edilməlidirlər. İşıqlarndırıjıların sayı növbətçi heyətin hər bir əməkdaşına, bir dənədən az olmamaq şərti ilə, binada olan insanların, növbətçi heyətin sayının və obyektin xüsusiyyətini nəzərə almaqla rəhbərlik tərəfindən müəyyən edilməlidir; Kütləvi şəkildə adamlar olan otaqlarda xalça, xalça zolaqları və digər döşəmə örtükləri, döşəməyə möhkəm bərkidilməlidir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, “Qarabağ Universitetinin Klinikası” X16 tərəfindən ərazisi yanğın təhlükəsizliyi baxımından təmiz saxlanılmamış, təxliyyə planının tərtib olunmamış və elektrik qurğularının normativ sənədlərə uyğun istismar edilməmişdir. Belə ki, həmin pozuntuların mövcudluğunu elə hüquqi şəxsin SƏTƏM üzrə baş mütəxəssisi X6 məhkəmə iclasında izahatı ilə təsdiq etmişdir. Halbuki, hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, həmçinin həmin obyekt üçün yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır. Eləcə də hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə X11 orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər. Göründüyü kimi məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Qarabağ Universitetinin Klinikası” X16 tərəfindən Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının bir sıra tələbləri birbaşa pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2.3-cü maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, inzibati xətaya görə inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21-ci maddələri) Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır . Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “Qarabağ Universitetinin Klinikası” X16 Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməli və hüquqi şəxs bаrəsində 350 manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: “Qarabağ Universitetinin Klinikası” X16 (VÖEN: **********, hüquqi ünvanı: AZ 2600, Xankəndi şəhəri, Yusif Məmmədəliyev küçəsi) Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və hüquqi şəxs bаrəsində 350 (üç yüz əlli) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Sədrlik edən Səkinə Niyazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar