Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(5-127)-3/2026 12.01.2026 Xankəndi Şəhər Məhkəməsinin hakimi Niyazova Səkinə Mirzə qızının sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Xankəndi ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1976-cı ildə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Arasbar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokola göstərilmişdir ki, Şəxs 12 yanvar 2026-cı il tarixdə, saat 01:15-də Xanlkəndi şəhərində yerləşən 4-cü blok postda sərxoş vəziyyətdə polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X2 izahatında göstərmişdir ki, 12 yanvar 2026-cı il tarixdə saat 01:15-də Xankəndi Şəhər Polis Şöbəsində xidmətdə olarkən 3 nəfər Ağcabədi rayon sakininin Xankəndi şəhərinin 4-cü blok postundan şəhər ərazisini tərk etmək istədikləri zaman polisin qanuni tələbinə tabe olmadıqları barədə çağırış daxil olmuşdur. Həmin çağırış əsasında hadisə yerinə gedilmiş, həmin vaxt Şəxs sərxoş vəziyyətdə nalayiq ifadələrlə polisi təhqir etmiş, onu şöbəyə dəvət edən polisə yersiz müqavimət göstərmiş və nizam-intizama dəvət edilməsi ilə bağlı polisin qanuni tələbinə tabe olmamışdır. Həmçinin Şəxs sərxoşluqla bağlı müayinədən keçirilmiş, müayinə zamanı sonuncunun sərxoş olması müəyyən edilmişdir. Ona görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, o və dostu X7 taksi fəaliyyəti ilə məşğul olan Zakir ilə birlikdə sonuncuya məxsus “Hyundai” markalı avtomobillə 12 yanvar 2026-cı il tarixdə saat 01:15-də Xankəndi şəhərində yerləşən 4-cü blok postdan çıxarkən postda xidmət aparan polis əməkdaşları avtomobilin yük və salon hissəsinə baxış keçirilməsi barədə onlara məlumat vermişlər. Posta çatmamışdan əvvəl Xankəndi şəhərində spirtli içki qəbul etdiyindən həmin vaxt sərxoş olmuşdur. Ona görə də polis işçilərinə nə dediyini və etdiyi hərəkətləri dəqiq xatırlamır. Sonra o və Zakir avtomobildən düşüb polis əməkdaşları ilə söhbət etməyə başlamışlar. Söhbət əsnasında polisə “ə” deyə müraciət etdiyindən aralarında mübahisə yaranmışdır. Daha sonra onlar barəsində araşdırma aparmaq üçün Şöbəyə dəvət edilən zaman da sərxoş olduğu üçün polis əməkdaşlarına nalayiq ifadələr işlədib-işlətmədiyini dəqiq xatırlamır. Əgər nalayiq ifadələr işlətmişdirsə, polis əməkdaşlarından üzr istəyir və sərxoş halda törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı X8 ifadəsində göstərmişdir ki, 12 yanvar 2026-cı il tarixdə, saat 01 radələrində Xankəndi şəhəri ərazisində yerləşən 4cü blok postda xidmətdə olan zaman “Hyundai” markalı, **-SU-*** dövlət qedyiyyat nömrə nişanlı avtomobil posta yaxınlaşmışdır. Avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman avtomobildə sərnişin qismində olan Şəxs qanunun tələbləri bildirilmiş, lakin sonuncu sərxoş vəziyyətdə onlara qarşı nalayiq ifadələr işlətmiş və təhqir etmişdir. Onları nizam-intizama dəvət etsələr də, polisin qanuni tələbinə tabe olmamışlar. Şəxs polis əməkdaşları ilə mübahisə edib, onların xidməti fəaliyyətlərinin həyata keçirilməsinə maneçilik törətdiyindən hadisə ilə bağlı şöbəyə məlumat verilmişdir. Çağırışa gələn polis əməkdaşları ilə birlikdə Şəxs nizam-intizama dəvət etsələr də sonuncu yenidən polisin qanuni tələbinə tabe olmamış, ünvanlı və ünvansız söyüşlər işlədərək hərəkətlərini davam etdirmişdir. Ona görə də Şəxs çağırışa gələn polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri-sürücü X5 ifadəsində göstərmişdir ki, 12 yanvar 2026-cı il tarixdə saat 01:15-də Xankəndi şəhər Polis Şöbəsində xidmətdə olarkən 3 nəfər Ağcabədi rayon sakininin Xankəndi şəhərində yerləşən 4-cü blok postun ərazisində polisin qanuni tələbinə tabe olmadıqları barədə çağırış daxil olmuşdur. Həmin çağırış əsasında 47-28 çağırışlı avtopatrulla hadisə yerinə getmiş və orada Şəxs polis əməkdaşları ilə mübahisə etdiyi görmüşdür. Şəxs və onunla bərabər olan şəxsləri nizam intizama dəvət edib polis şöbəsinə dəvət etmiş, lakin Şəxs hərəkətlərini davam etdirmiş, onlara müqavimət göstərmiş, ünvanlı və ünvansız söyüşlər işlətməklə polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də Şəxs onlar tərəfindən xidməti avtomobillə polis şöbəsinə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 12 yanvar 2026-cı il tarixli MN 226224 nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış sübutlarla da təsdiq olunur: Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Qeysər Xəlilli tərəfindən tərtib olunmuş 12 yanvar 2026-cı il tarixli raportdan görünür ki, X9, Şəxs və X10 xx.xx.2026-cı il tarixdə saat təxminən 01:15 radələrində Xankəndi şəhərinin 4-cü blok postundan şəhər ərazisini tərk etmək istəyən zaman dövlət qeydiyyat mömrə nişanı ** SU *** olan “Hyundai” markalı avtomobilə baxış keçirmək isdəyən zaman sərnişin olan iki nəfər şəxs avtomobili təqdim etməkdən imtina edərək ünvansız küçə söyüşləri işlətməyə başlamışlar. Onları nizam intizama dəvət olunsalar da, onlar polisin qanuni tələbinə qəsdən tabe olmamışlar. Həmin şəxslərdən kəskin spirt qoxusu gəldiyi üçün şəhər ərazisində xidmətdə olan 4728 radio çağrışlı avtopatrulu çağıraraq həmin şəxsləri və avtomobili ŞPŞ-nə gətirilmələrini təmin olunmuşdur. Avtomobilə baxış keçirən zaman arxa baqaj hissəsində soyuducu matoru, mis və aliminum kabellər, salan hissəsində isə aspirator və digər məişət əşyaları aşkar olunmuşdur. “İnzibati qaydada tutma haqqında” 12 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 12 yanvar 2026-cı il tarixdə saat 01:35-də inzibati qaydada tutulmuşdur. “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 12 yanvar 2026-cı ildə saat 01:49-da aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs nəfəsində alkoqolun konsentrasiyasının faizi 1.793 promill olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75 maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Beləki, Şəxs öz hərəkətləri ilə polis əməkdaşlarının öz işlərini görməsinə maneçilik etmiş, sərxoş halda nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla, polis əməkdaşının fəaliyyətinə maneçilik yaratmışdır. Qeyd olunanlara əsasən Qasımov X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, inzibati xətaya görə inzibati tənbeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məhsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələri) Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal hesab edir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs faktiki azadlığı 12 yanvar 2026-cı il tarixdən, saat 01:35-dən məhdudlaşdırılmışdır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, məhsuliyyəti ağırlaşdıran halın olmasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 12 yanvar 2026-cı il tаrixdən, sааt 01:35-dən hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və protokolu tərtib edən şəxsə göndərilsin. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Sədrlik edən Səkinə Niyazova Düzdür: Hakim Səkinə Niyazova
Məhkəmə qərarları › İş №3(5-127)-3/2026
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(5-127)-3/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver