Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(5-127)-6/2026 02.02.2026 Xankəndi Şəhər Məhkəməsinin hakimi Niyazova Səkinə Mirzə qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs - Xankəndi Şəhər Polis X1 Bölməsinin polis sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Dövlət Neft Şirkətinin Qaz-İxrac İdarəsinin Füzuli XİX Qazpaylayıcı Stansiyasında operator işləyən, Xocalı rayonu, Malıbəyli kəndində qeydiyyatda olan və Xankəndi şəhərində yaşayan Şəxs (FİNxxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Xankəndi Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 1 ədəd Baykal İJ 18 markalı, tək lülə 16 kalibrli, 53272 nömrəli ov silahını müvafiq icra orqanından xüsusi icazə almadan əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Xankəndi ŞPŞ-nin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xankəndi şəhəri ərazisində yaşayış olmayan küçədə sahibsiz evin qarşısında saxlanılmışdır. Şəhər ərazisindən hər hansı əşyanı götürməsi şübhəsi olduğuna görə nəqliyyat vasitəsinə baxış keçirilən zaman nəqliyyat vasitəsinin salonundan 1 ədəd Baykal İJ 18 markalı, tək lülə 16 kalibrli, 53272 nömrəli ov tüfəngi aşkar olunaraq götürülmüşdür. Ona görə də Şəxs barəsində Xankəndi Şəhər Pols Şöbəsində 19 yanvar 2026-cı il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Ona görə də, Şəxs barəsində qanuni tənbehin seçilməsi üçün qərardad məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 il bundan əvvəl Xocalı rayonunun Malıbəyli kəndi ərazisində buğda boğçasının içindən buğda götürərkən həmin silahı tapmışdır. Silahı götürüb meşə massivində torpağa basdırmış, arada ora baş çəkib ov silahını yoxlamışdır. Sonuncu dəfə silaha baxmaq üçün gedəndə silahın torpaqda pas atdığını görüb, götürmüş və avtomobili ilə Xankəndi şəhərinə gətirmişdir. xx.xx.2026-cı il tarixdə Xankəndi ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və avtomobilə baxış keçirilən zaman həmin ov silahı aşkar olunaraq götürülmüşdür. Əməlindən peşimandır. Bir daha belə hallara yol verməyəcəyini bildirib nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Beləliklə iş materiallarına əlavə olunmuş İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol, 16 yanvar 2026-cı il tarixli “Maddi sübutun götürülməsi barədə” Protokol və Şəxs Xankəndi ŞPŞ-də, eləcədə məhkəmə iclasında verdiyi izahatadan görünür ki, sonuncu 1 ədəd Baykal İJ 18 markalı, tək lülə 16 kalibrli, 53272 nömrəli ov silahını müvafiq icra orqanından xüsusi icazə almadan əldə etmiş, saxlamış və daşımışdır. Bu hal xx.xx.2026-cı il tarixdə Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunmuş və qanuna müvafiq tədbir görülərək, ov silahı maddi subut kimi götürülmüşdür. İnzibatiXətalarMəcəlləsinin 75 maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 17 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın məhz Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Beləki, Şəxs müvafiq icra hakimiyyəti orqanından icazə almadan mülki silah saxlamış və onu daşımışdır. Halbu ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanuna əsasən ov silahı mülki silah hesab olunur və dövriyyəsi həmin Qanuna müvafiq olaraq həyata keçirilir. Eləcədə mülki silahı əldə edərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət olunmalı və qanunvericiliyin imperativ qaydada müəyyən etdiyi digər tələblərə riayət edilməlidir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirlibilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Beləki, inzibati xətaya görə inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məhsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələri) Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehi nə dalət prinsipi nə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Beləliklə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, məhsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah və döyüş sursatı müsadirə edilməklə səksən manat məbləğdə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab olunur. Belə ki, bаrəsində cərimə tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci mаddəsi ilə təqsirli bilinib, barəsində 1 ədəd Baykal İJ 18 markalı, tək lülə 16 kalibrli, 53272 nömrəli ov silahı (tüfəng) müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 ədəd Baykal İJ 18 markalı, tək lülə 16 kalibrli, 53272 nömrəli ov silahı qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Xankəndi Şəhər Polis Şöbəsinə və Xocalı rаyоn İcra və probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Səkinə Niyazova
Məhkəmə qərarları › İş №3(5-127)-6/2026
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(5-127)-6/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver