Məhkəmə qərarları › İş №3(5-129)-22/2026

Xocalı Rayon Məhkəməsi Qərar — İş №3(5-129)-22/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu Meşəli İş № 3(5-129)-22/2026 03.03.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, “X7” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsindən daxil olmuş 11 fevral 2026-cı il tarixli, 10000-00014/26 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" ASC-dən Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postundan keçməklə hüquqi şəxs “X7” MMC-nin ünvanına xx.xx.2026-cı il tarixdə “42CH292/42ZB292” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə idxal olunmuş “betonlar üçün hazır əlavələr” yükünə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmamışdır. Bu hərəkətlə də “X7” MMC tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X7” MMC və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə “X7” MMC-nin ünvanına "xxxx" ASC-dən 42ZB292 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə idxal olunmuş “betonlar üçün hazır əlavələr” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir; “Baxış keçirilməsi haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 “X7” MMC-nin ünvanına idxal olunmuş “betonlar üçün hazır əlavələr” yükü ilə bağlı gömrük orqanlarının X2 Sistemində və X1 mövcud olan məlumatlara baxış keçirtmişdir. Baxış zamanı müəyyən olundu ki, Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" ASC-dən Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postundan keçməklə hüquqi şəxs “X7” MMC-nin ünvanına xx.xx.2026-cı il tarixdə “42CH292/42ZB292” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə idxal olunmuş “betonlar üçün hazır əlavələr” yükü ilə bağlı təqdim edilmiş “**********3832” sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında əvvəlki bəyannamələr barədə heç bir məlumat əks olunmamışdır; “X7” MMC-nin nümayəndəsi X4 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinə verilmiş izahatdan görünür ki, Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" ASC-dən Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postundan keçməklə “X7” MMC-nin ünvanına xx.xx.2026-cı il tarixdə “42CH292/42ZB292” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə idxal olunmuş “betonlar üçün hazır əlavələr” yükü Azərbaycan Respublikasına idxal edilmişdir. Lakin idxal etdikləri yüklə bağlı qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Bunun da səbəbi “X7” MMC avans hesabında gömrük əməliyyatlarının həyata keçirilməsi üçün vəsaitin olmamasıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" ASC-dən Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postundan keçməklə “X7” MMC-nin ünvanına xx.xx.2026-cı il tarixdə “42CH292/42ZB292” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə idxal olunmuş “betonlar üçün hazır əlavələr” yükü ilə bağlı “**********3832” sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək həmin mallar “X7” MMC tərəfindən gömrük orqanına bəyan edilsə də, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl onlara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunla bəyannaməçi tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl (fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla) gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi məcburi hal kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi “X7” MMC tərəfindən bu tələb pozulmuşdur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında “X7” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X7” MMC İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X7” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar