Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(5-130)-14/2026 09.01.2026 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu, 500 ailəlik qəsəbəsi ev 499-da yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xocavənd rayonu, Haramı düzü adlanan ərazidə dəmir yığıb aparan zaman polis əməkdaşları tərəfindən saxlanılarkən öz narazılığını bildirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2026-cı il tarixdə tanışı Natiq, Elman və Qürbət adlı şəxslərlə birlikdə idarə etdiyi “Kamaz” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə alternativ yolla Haramı düzünün Xocavənd rayonu ərazisinə düşən minalanmış neytral hissəsindən dəmir metalı yığmaq məqsədi ilə əraziyə daxil olmuş, həmin ərazidə yol kənarlarından dəmir metalını toplamağa başlamış və təxminən 2 ton dəmir topladıqdan sonra yola düşmüşlər. Bir qədər getdikdən sonra polis əməkdaşı tərəfindən saxlanılmış, qeyd olunan dəmir metalı avtomobildə aşkar edilmiş, araşdırma aparılması məqsədi ilə Xocavənd RPŞ-nə dəvət edilən zaman onlar uca səslə səs küy salmış və polis əməkdaşından qaçaraq onların qanuni tələbinə tabesizlik göstərmişlər. Əməlindən peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində qanuni qərar qəbul edilərək, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X7 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xocavənd rayonu, Haramı düzü adlanan ərazidə dəmir yığıb aparan zaman polis əməkdaşları tərəfindən saxlanılarkən öz narazılığını bildirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati qaydada həbs verilməsini xahiş etmişdir. Belə ki, protokola əlavə edilmiş Xocavənd Rayon Polis Şöbəsinin NH-nin növbətçi köməkçisi polis baş serjantı X2 raportundan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 19 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində hərəkətdə olan “Kamaz” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili tərəfindən saxlanılmış, avtomobilə baxış keçirilən zaman təxmini çəkisi 2 ton olan dəmir metalı aşkar edilmiş, yük avtomobilinin sürücüsü Şəxs və sərnişin qismində olanlar X5 və digər 2 nəfər şəxs onun qanuni tələbinə tabesizlik göstərərək, uca səslə səs küy salaraq, ünvanlı-ünvansız söyüşlər söymüş və qaçmışdırlar. Daha sonra tərəfindən Şəxs və Natiq Axundov saxlanılaraq, RPŞ-nə gətirilmişlər. Odur ki, bu barədə qanuni tədbir görülməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xocavənd rayonu, Haramı düzü adlanan ərazidə dəmir yığıb aparan zaman polis əməkdaşları tərəfindən saxlanılarkən öz narazılığını bildirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xocavənd rayonu, Haramı düzündə polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində deyilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs növündə cəza tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 09 yanvar 2026-cı il tarixdən, saat 14:45-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Abbasov X6 RPŞ-nin X4 saxlanılsın. Qərarın icrası Beyləqan RPŞ-nə və Xocavənd RPŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(5-130)-14/2026
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(5-130)-14/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver