Məhkəmə qərarları › İş №3(5-130)-27/2026

Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(5-130)-27/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(5-130)-27/2026 10.03.2026 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi polis kapitanı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il ildə Füzuli rayonu, Alxanlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xocavənd rayonu, Axullu kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2026-cı il tarixdə yaşadığı Füzuli rayonu, Alxanlı kəndi ərazisində olduğu zaman qonşuları Rövşən, Zahir və Sakitlə birlikdə işğaldan azad olunmuş ərazilərdən dəmir metalı aparmaq qərarına gəlmişlər. Buna görə də, o, əvvəllər tanıdığı Elgünə zəng edərək, idarə etdiyi “Qazel” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə işğaldan azad olunmuş ərazilərdən dəmir metalı aparmaqda kömək etməsi müqabilində 100 manat ödəniş edəcəyini bildirmişdir. Bundan sonra Elgün idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə Alxanlı kəndi ərazisinə gəlmiş, o, Elgün, Rövşən, Zahir və Sakit işğaldan azad olunmuş ərazilərə daxil olmuşlar. Adlarını qeyd etdiyi şəxslərlə birlikdə çəkisi təxminən 5 ton olan dəmir metalı toplayaraq Elgünün idarə etdiyi yük avtomobilinə yükləmiş və bundan sonra yaşadıqları ünvana doğru yola düşmüşlər. Bir qədər getdikdən sonra işğaldan azad olunmuş Xocavənd rayonu, Axullu kəndi ərazisindən keçdikləri zaman ərazidə xidmət aparan polis əməkdaşları onları saxlamış və yük avtomobilinə nəzarət qaydasında baxış keçirmişlər. Baxış zamanı avtomobilin yük yerindəki 5 ton dəmir metalı aşkar edilmiş və araşdırma aparılması məqsədilə RPŞ-nə dəvət olunmuşlar. Lakin o, Elgün, Rövşən, Zahir və Sakit barələrində qanuni tədbirlər görülməməsi üçün polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, daha sonra araşdırma aparılması məqsədilə RPŞ-nə aparılmışlar. Hazırda əməlindən peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi polis kapitanı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xocavənd rayonu, Axullu kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün, iş materiallarında olan 10 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xocavənd RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Ramin Həsənovun və Xocavənd RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Pərviz Novruzovun raportundan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 18 radələrində rayonun işğaldan azad edilmiş Axullu kəndi ərazisində xidmətdə olan zaman X2 idarə etdiyi “Qazel” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmış, baxış keçirilən zaman avtomobilin yük yerindən çəkisi təxminən 5 ton olan dəmir metalı aşkar edilmişdir. Elgün İsmayılov və avtomobildə sərnişin qismində olan X8, X5, X4 və Şəxs araşdırma aparılması üçün RPŞ-nə dəvət edilən zaman qanuni tələblərlərnə tabesizlik göstərmişlər. Odur ki, tərtib olunmuş raportun araşdırılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişlər. İş materiallarında olan 10 mart 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xocavənd rayonu, Axullu kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar