Azərbaycan Respublikası adından QƏRAR Beyləqan şəhəri İş № 3(5-130)-5/2026 07.01.2026 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Ağcabədi rayonu, Avşar kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Xocavənd Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində dəmir yığıb çıxardan zaman polis əməkdaşları saxlayarkən, həmin vaxt tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2026-cı il tarixdə, saat 23 radələrində həmkəndliləri və qohumları Ayxan, Xaləddin, Amid, Elgün, Vüsal, Niyazi və Xalid ilə birlikdə idarə etdiyi “Kamaz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə Ağdam rayonu istiqamətindən Xocavənd rayonunun işğaldan azad edilmiş Muğanlı kəndi ərazisinə daxil olmuşlar. Məqsədləri ərazidən dəmir və digər metal növlərini toplayıb işğaldan azad edilmiş ərazilərdən çıxarmaq və sataraq əlavə qazanc əldə etmək olmuşdur. Həmin gün avtomobilə yuxarıda adlarını qeyd etdiyi şəxslərlə birlikdə 10 ton dəmir metalı yığdıqdan sonra yola çıxarkən, polis əməkdaşları tərəfindən saxlanılmış, araşdırma aparılması üçün Xocavənd RPŞ-nə dəvət edilən zaman onlar öz narazılıq və etirazlarını bildirərək, polis şöbəsinə getməkdən imtina etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən RPŞ-nə aparılmışlar. Odur ki, barəsində qanuni qərar qəbul edilərək, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xocavənd Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X9 inzibati xəta haqqında protokolu müdafiə edib izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində dəmir yığıb çıxardan zaman polis əməkdaşları saxlayarkən, həmin vaxt tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, protokola əlavə edilmiş Xocavənd RPŞ-nin PPXB-nün bölük komandirinin müavini polis baş leytenantı Sultan Sultanovun raportundan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 23 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Muğanlı kəndi ərazisində xidmətdə olan zaman “Kia Sorento” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin müşahidəsi ilə hərəkətdə olan “Kamaz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili tərəfindən saxlanılmış, avtomobillərə baxış keçirilən zaman “Kamaz” markalı yük avtomobilindən təxmini çəkisi 10 ton olan dəmir metalı aşkar edilmiş, bundan sonra avtomobillərdə sürücü və sərnişin qismində olanlar Ağcabədi rayonu, Avşar kənd sakinləri X10, Şəxs, X3, X12, X5, X11, X7 və X8 RPŞ-nə dəvət edilən zaman, onlar öz narazılıq və etirazlarını bildirərək onun qanuni tələbinə tabesizlik göstərmişlər. Odur ki, bu barədə qanuni tədbir görülməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli aktdan görünür ki, xx.xx.2026cı ildə Xocavənd rayonunun işğaldan azad edilmiş Muğanlı kəndi ərazisində Şəxs idarə etdiyi “Kamaz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən 10 ton dəmir metalı aşkar edilərək, Xocavənd RPŞ-nə təhvil verilmiş və aktın doğruluğunu Xocavənd RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis leytenantı X4, Xocavənd RPŞ-nin Növbətçi Hissəsinin növbətçi köməkçisi, polis serjantı X6, Ağcabədi rayonu, Avşar kənd sakinləri X10, Şəxs, X3, X12, X5, X11, X7 və X8 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Xocavənd rayonu, Muğanlı kəndində dəmir yığıb çıxardan zaman polis əməkdaşları saxlayarkən, həmin vaxt tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona xəta törətdiyi maddənin sanksiyası daxilində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №3(5-130)-5/2026
Xocavənd Rayon Məhkəməsi Qərar — İş №3(5-130)-5/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver