Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(5-131)-101/2026 06.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Protokol tərtib etmiş şəxs İmişli rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə İmişli rayonunun Qulubəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonunun Qulubəyli kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 05 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 protokolu müdafiə edərək protokolun mahiyyətinə uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, 05 fevral 2026-cı il tarixdə daxil olmuş məlumat əsasında İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Belə ki, Əzizov X4 rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitəsini qeydiyyatdan keçirərkən, dövlət rüsumunu ödəməkdən imtina etmiş, səs-küy salaraq orada olan polis əməkdaşları və vətəndaşların işlərinin aparılmasına maneələr yaratmışdır. Həmin müddət ərzində polis əməkdaşları Şəxs qanunun tələblərinə tabe olmağa dəvət etmişlər, lakin Şəxs polis əmdaşlarının qanunu tələblərinə tabe olmamışdır. Şəxs xx.xx.2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur. Sonda protokol tərtib etmiş şəxs Şəxs barəsində qanuna uyğun tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əzizov X2 xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, kredit götürərək “QAZ 53” markalı nəqliyyat vasitəsi almışdır. Qardaşı Sulduz sənədləşmə işlərinin aparılması üçün İmişli rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getmiş, sənədləşmə üçün ondan 3200 manat pul istəmişlər. O, Bakı şəhərində qeydiyyatdan keçirilməsi üçün həmin maşının və sənədlərin qaytarılmasını istəmiş, həmin vaxt nəqliyyat vasitəsinin texniki pasportunun verilməsi üçün ondan 500 manat pul tələb etmişlər. Həmin vaxt o əsəbiləşmiş, orada olan mayorun yanına daxil olaraq 5000 manat kredit götürərək maşın aldığını və 500 manat verməyə imkanı olmadığını bildirmişdir. Daha sonra etiraz edərək rüsumun bu qədər olmadığını və şikayət edəcəyini bildirmişdir. Bundan sonra onu rəisin yanına aparmışlar. Rəis onu rayondan didərgin salacağını demişdir. Daha sonra post patrul əməkdaşları onu şöbəyə aparmışlar. O, həmin vaxt səs-küy salmamış, Orucov Zauru ümumiyyətlə görməmiş, həmçinin şantaj etməmişdir. Sonda Şəxs səhvi olubsa, üzürlü sayılmasını və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, İmişli rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində texniki operator vəzifəsində işləyir. 05 fevral 2026-cı il tarixdə Şəxs İmişli RQİ və TBŞ-də narazı olduğunu görmüş, bunun nəqliyyat vasitəsinin duracağa qoyulması ilə bağlı olduğunu bilmiş, əsəblə danışmamasını, sənədləri uyğundursa, ona lazım olan köməkliyin ediləcəyini bildirmişdir. Şəxs uca səslə, narazı şəkildə danışmış, iş rejiminə maneələr yaratmış, onda səs yazısı olduğunu demişdir. Şəxs sənədlərin qaytarılmasını tələb etmiş, o isə sənədlər qaytarılsa da, nəqliyyat vasitəsinin sənədlərində uyğunluq olmadığından nəqliyyat vasitəsinin qaytarılmasının mümkün olmadığını bildirmiş, onu sakitləşdirməyə çalışmışdır. Şəxs rəisin yanında olanda, orada nə baş verdiyinə şahid olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, İmişli rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində texniki baxış müfəttişi vəzifəsində işləyir. Əvvəllər Şəxs nəqliyyat vasitəsinin qeydiyyatı üçün şöbəyə müraciət etmiş, xəstəsi olduğunu, imkanı olmadığını bildirmiş, buna görə də, Şəxs lazım olan köməkliyin göstərilməsi barədə onun tərəfindən işçilərə göstəriş verilmişdir. Lakin 05 fevral 2026-cı il tarixdə nəqliyyat vasitəsinin sənədlərində uyğunsuluq olmasına və nəqliyyat vasitəsinin onun adına olmamasına baxmayaraq, Şəxs əlində səs yazısı olduğunu bildirmiş və nəqliyyat vasitəsinin qeydiyyatının aparılmasını tələb etmişdir. Şəxs hadisə vaxtı işin gedişatına müdaxilə etmiş, aqressiv şəkildə söz-söhbət yaratmışdır. Onlar Şəxs sakitləşdirmək istəsələr də, buna nail olmamışlar. Həmin hadisə təxminən yarım saat davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, İmişli rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində texniki operator vəzifəsində işləyir. 05 fevral 2026-cı il tarixdə şöbədə səs-küy eşitmiş, xidməti otağından çıxan vaxt Şəxs görmüşdür. Şəxs hadisə vaxtı şöbənin iş rejmini pozmuşdur. Həmçinin Şəxs əlində səs yazısı olduğunu bildirmiş, nəqliyyat vasitəsinin buraxılması üçün şantaj etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilsə də, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibinin olması müəyyən edilməməkdədir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Əzizov X4 şəhərində yerləşən RQİ və TBŞ-də səs-küy salaraq işçilərin işinə mane olmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; İmişli rayon polis şöbəsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, xx.xx.2026-cı ildə saat 16:00 radələrində İmişli rayon Qulubəyli kənd sakini vət. Şəxs “Qaz 53” minik markalı, “**-BF-***” dövlət qeydiyyat nişanlı avtomobili İmişli RQİ və TBŞdə alqı-satqı edən zaman dövlət rüsumlarını ödəməkdən imtina etmiş, təkidlə nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasını tələb etmiş, 1 saat müddətində şöbənin inzibati binasında səs-küy salaraq xidmət aparan polis əməkdaşların və mülki işçilərin iş rejimini pozmuşdur. Polis əməkdaşları vətəndaşı nizam-intizama dəvət etsələr də, həmin şəxs polisin qanuni tələblərinə bilərəkdən tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir; xx.xx.2026-cı il tarixli 023248 saylı inzibati qaydada tutma haqqında protkoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2 -ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1 və 32.1.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallardan hesab edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin nəzərdə tutduğu mənada ictimai qaydanı pozma qiymətləndirici anlayışdır və pozuntunun mühümlüyünü və əhəmiyyətli olmasını ifadə edir. Hüquq ədəbiyyatında ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq obyektiv cəhətdən İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin dispozisiyasında sadalanan ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər birlikdə mövcud olmalı və fiziki şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməməlidir. Azərbaycan Respubükası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən anlayışlar kontekstində işin halları da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibinin olmasını təsdiq edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2026-cı il tarixdə İmişli rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində olarkən insanlar arasında təşəkkül tapmış, qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarına və əxlaq normalarına əməl etməyərək ətrafdakı şəxslər üçün aşkar olan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərən, ətrafdakı insanların mənafelərinə toxunan, idarənin normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs izahatını formal, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin özünümüdafiə xarakterli izahatı kimi qiymətləndirir və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Həmçinin Şəxs izahat verərkən sonda qeyd etdikləri onun əməlindən peşimançılığını bildirən hərəkətlər kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, inzibati xəta tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə də dövlət hakimiyyəti nümayəndəsinin normal fəaliyyətinin təmin edilməsi ilə bağlı yaranan ictimai münasibətlərdir. Obyektiv cəhətdən xəta, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə ona yaxınlaşan və özünü təqdim edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamaqda və daha sonra onun tələblərindən imtina etməklə, ictimai qaydanın pozulmasında ifadə olunmuşdur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Məhkəmə qeyd edir ki, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxs və şahidlərin izahatlarını mötəbər sübut kimi qəbul edərək hesab edir ki, Şəxs polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilmir. Həmçinin Şəxs xx.xx.2026-cı il tarixdə İmişli rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində olarkən ictimai qaydanı pozması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapsa da, onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut (videogörüntü və s.) təqdim edilməmişdir. Eyni zamanda xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti haqqında qrafada təsvir olunanlar İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin tərkibini yaradacaq əlamətlərə aid deyildir. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından aydın olur ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə inzibati xəta tərkibi olmadığı müəyyən edilir ki, həmin hal inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallardandır. Buna görə də, Şəxs barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran və icraatı rədd edən hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə o, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi inzibati məsuliyyətinə cəlb edilməli və təqsirli bilindiyi maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Əzizov X2 Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Əzizov X2 qaydada tutulduğundan dərhal məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd edilməlidir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. Bu halda, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin həddi 75 manatdan çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığı üçün onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.
Məhkəmə qərarları › İş №3(5-131)-101/2026
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(5-131)-101/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver